Çərşənbə axşamı , Noyabr 13 2018
Ana səhifə / Cəmiyyət / Məşhurlar Bakıda keçirilən yubiley konsertində (FOTOLAR)

Məşhurlar Bakıda keçirilən yubiley konsertində (FOTOLAR)

Ötən gün Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçirilib.
Axşam.az xəbər verir ki, konsert proqramında Azərbaycanın estrada müğənniləri və musiqi qrupları, həmçinin Türkiyənin məşhur “Anadolu atəşi” rəqs qrupu çıxış edib.
Konsert proqramında vətənə, Bakıya sevgini, Azərbaycan-Türkiyə qardaşlığını vəsf edən, eləcə də populyar mahnılar təqdim olunub.
Tədbirdə Azərbaycanın xalq artistləri Aygün Kazımova, Eyyub Yaqubov, əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Səbinə Babayeva, həmçinin tanınmış ifaçılar Natavan Həbibi, Ceyhun Zeynalov, Murad Arif, “Qaya” və “Rast” qrupları çıxış ediblər. Türkiyənin məşhur “Anadolu atəşi” qrupunun bir-birindən maraqlı nömrələri gecəyə xüsusi rəng qatıb.
Sonda Mərkəzin parkında atəşfəşanlıq olub.
Konserti paytaxt sakinləri və qonaqlar həm də Dənizkənarı Milli Parkda monitordan izləyə biliblər.
VIPedu.BIZ

Həmçinin oxuyun

Vaqif Əsədov yol polislərinin mobil telefondan istifadəsindən danışdı

Yol polisi əməkdaşlarının xidmət zamanı mobil telefondan istifadə etməsi qanunazidd deyil. Bunu Trend-ə Bakı Şəhər …