Çərşənbə , Noyabr 14 2018
Ana səhifə / Cəmiyyət / “Məktəblərimizdə şagirdlərə bayrağı sevdirirlərsə…”

“Məktəblərimizdə şagirdlərə bayrağı sevdirirlərsə…”

Bu gün 9 noyabr Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur. Bununla bağlı artıq bir neçə gündür ki, məktəblərimizdə də tədbirlər təşkil olunur.

Tanınmış təhsil eksperti, professor Şahlar Əsgərov Moderator.az-a açıqlamasında bildirdi ki, Dövlət Bayrağı günü ilə bağlı belə tədbirlərin məktəblərdə keçirilməsinin çox böyük əhəmiyyəti var:

“Əlbəttə Dövlət Bayrağı günü çox əhəmiyyətli bir gündür və məktəblərimizdə şagirdlərə bayrağı sevdirirlərsə, elə bil ki, vətəni sevdirirlər. Bu bayraq bizim coğrafiya daxilində çox sevimli bir dövlət atributumuzdur. O qədər sevimlidir ki, soydaşlarımız xaricə gedəndə torpağı apara bilməsə də, bayrağı xaricə aparmaqla orda Azərbaycana məhəbbətini nümayiş etdirir. Ona görə həmişə deyirlər ki, “Bayrağın uca olsun!””.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncamından sonra noyabrın 9-u Dövlət Bayrağı günü qeyd olunur.

VIPedu.BIZ

Həmçinin oxuyun

Uşaqlıqdan cinlə böyüdülənlərin kor inancı

Dünən sosial şəbəkədə həmkarım, keçmiş iş yoldaşım Aynur Elgünəşin olduqca məzəli bir yazı-statusu ilə rastlaşdım. …