Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Köhnə vaqonlardan qazanılan milyonlar- «130-a satıb, 65-ə sənədləşdirilir»

Köhnə vaqonlardan qazanılan milyonlar- «130-a satıb, 65-ə sənədləşdirilir»

“Azərbaycan Dəmir Yolları” QSC-də çox ciddi maliyyə maxinasiyaları həyata keçirilir”.

Bu barədə QSC-dəki mənbə “AzPolitika.info”ya müraciətində yazır. O, bildirir ki, “Azərbaycan Dəmir Yolları” QSC-də bir müddətdir ki, köhnə, istifadəyə yararsız vaqonlar doğranaraq, poladəritmə zavodlarına satılır. Ancaq tonu 130 manata satılan vaqonları 65 manatdan sənədləşdirirlər. Beləliklə də istifadəsi yararsız hesab olunan vaqonların satışından əldə olunan vəsaitin yarısı dövlətə, yarısı isə şəxsi ciblərə axır.

Mənbə istifadəsi yararsız hesab olunaraq poladəritmə zavodlarına satılan vaqonların sayı ilə bağlı dəqiq məlumat verməsə də, söhbətin 100 minlərlə tondan getdiyini bildirir. Yəni, əməliyyatın miqyası kifayət qədər böyükdür.

Mənbə bu əməliyyatdan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun xəbərsiz olduğunu, bu işin başında Qurbanovun müavini Vüsal Aslanovun durduğunu iddia edir. “Onun başçılığı ilə külli miqdarda vəsait mənimsənilməkdədir. Digər müavinlərin bundan xəbəri olsa da, Vüsal Aslanova heç kim heç nə deyə bilmir. Ona görə ki, Vüsal Aslanov hər yerdə deyir ki, mən Cavid Qurbanovun oğlu Şəmşirlə dostam…”

Məlumatda o da bildirilir ki, Vüsal Aslanovun 30 yaşı olmasına baxmayaraq, sədr müavini təyin olunması “çox önəmli” bir məmurun xahişi ilə baş tutub.

Qeyd edək ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr gətirildikdən sonra burda bir sıra ciddi dəyişikliklər həyata keçirmişdi. Dəmiryolunun maddi-texniki bazasını yeniləməklə yanaşı QSC-dəki maliyyə maxinasiyalarına, korrupsiya hallarına son qoymaq istiqamətində də bəzi addımlar atmış, vəzifəli şəxsləri işdən kənarlaşdırmışdı. Hətta köhnə rəhbərliyi dəmiryolunun vəsaitlərini təyinatından yayındırmaqda, işçilərin sosial problemlərinin həlli üçün heç bir addım atmamaqda ittiham edərək, dəmiryolunun korrupsiyaya bulaşanlardan “təmizlənəcəyini” bəyan emişdi…

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın