Çərşənbə , Noyabr 14 2018
Ana səhifə / Cəmiyyət / Jurnalist Zəki İslamın ruhunu Göyçə şeri ilə yad etdi

Jurnalist Zəki İslamın ruhunu Göyçə şeri ilə yad etdi

Xəbər verildiyi kimi, bir həftə əvvəl Azərbaycan aşıq şerinin tanınmış nümayəndələrindən olan  Zəki İslam dünyasını dəyişib.

Zəki İslam oğlu Yusifov 10 avqust 1939–cu ildə Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan оlub.

Azərbaycan Pedaqoji İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Uzun müddət kolxoz-sovxozlarda rəhbər vəzifələrdə işləmişdir.

Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. “Qızıl Qələm” mükafatı laureatılır. Şeirlərini əsasən dini mövzuda yazır. Zəki İslam Məşədi, Kərbəlayi və Hacıdır.

Zəki İslam müasir aşıq şerinin tanınmış nümayəndəsi, dini şeir və poemaların müəllifi kimi məşhur olub. Zəki İslamın indiyə kimi yazdığı müxtəlif mövzu və janrlarda olan şeirləri və poemaları toplanılıb.

Ən çox sevilən şeirlərindən biri Göyçəyə həsr etdiyi şeirdir:

Göyçə
Ata-baba məskənimsən,
Ana yurdum, elim, Göyçə!
Ünvanımı soruşanda,
Tez-tez deyir dilim “Göyçə”!

Hər mahalın bir adı var,
Ana yurdun öz dadı var,
Qonaqpərvər övladı var,
Uzanıqlı əlim, Göyçə!

Qazax, Tovuz, Şəmkir, Gəncə,
Qarabağdan dost gəlincə,
Obalarda incə-incə
Açılıbdı gülüm, Göyçə!

Zəki qurban ocağına,
Dörd küncünə, bucağına,
Balan kimi qucağına,
Darıxıram gəlim, Göyçə!

Biz də öz növbəmizdə mərhum Zəki İslamın nəvəsi İslam müəllimə və bütün doğmalarına Allahdan səbr diləyirik. Allah rəhmət eləsin!

Jurnalist Almaz SƏFƏRLİ

VIPedu.BIZ

Həmçinin oxuyun

Uşaqlıqdan cinlə böyüdülənlərin kor inancı

Dünən sosial şəbəkədə həmkarım, keçmiş iş yoldaşım Aynur Elgünəşin olduqca məzəli bir yazı-statusu ilə rastlaşdım. …