Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Cəmiyyət / İş adamının 16 yaşlı oğlu lüks həyatı ilə yenidən gündəmdə – FOTOLAR

İş adamının 16 yaşlı oğlu lüks həyatı ilə yenidən gündəmdə – FOTOLAR

Dubayda yaşayan sosial media fenomeni Rəşid Saif Belhasa lüks həyatı ilə diqqət çəkir.

16 yaşlı bu gəncin sosial şəbəkədə paylaşdığı fotolar geniş müzakirələrə səbəb olub. Lüks həyatı ilə gündəmə gələn gənc Dubayda tikinti nəhəngi sayılan şirkətin sahibi Saif Ahmed Belhasanın oğludur.

Jurnalistlərə verdiyi açıqlamada lüks həyatını nümayiş etdirməyi sevmədiyini deyən gəncin etdikləri ilə söylədikləri üst-üstə düşmür. O, təkcə 1 milyon dollar dəyəri olan özəl ayaqqabıları üçün ayrıca otaq tikdirib. Gənc fenomenlə bağlı daha bir qalmaqal 15 yaşında 200 min aroya aldığı “Ferrari” avtomobili ilə bağlı olmuşdu. Belə ki, o aldığı avtomobili sürə bilmirdi. Varlı gəncin hazırda o avtomobili sürməsi üçün hələ iki il də gözləməsi lazımdı.

16 yaşlı gəncin yaşadığı evin həyətində özünə məxsus zooparkı da var. Milyarder gəncin “İnstagram”da 661 min, “YouTube” kanalında isə 779 min izləyicisi var. İş adamının oğlunun özünən məxsus bir çox bahalı avtomobilləri, vertolyotu, yaxtası da var.

Sözügedən gənc milyarderin fotolarını sizlərə təqdim edirik:

VIPedu.BIZ

Həmçinin oxuyun

“Azərbaycan kimi İsveçdə də rəssamlıqla pul qazanmaq çox çətindir”

İsveçin tanınmış gənc rəssamı, 22 yaşlı Simon Arnzın Bakıda sərgisi nümayiş olunub. Simon Arnz və …