İlahə Fəda: “Nə mən, nə də anam Fədayə barədə…”

Hazırda həbsdə olan müğənni Fədayə Laçının ailəsinə baş çəkən Nadir Qafarzadə onların maddi və mənəvi dəstəyə ehtiyacı olduğu haqda açıqlama verib.
Belə ki, o, fikirlərini sosial şəbəkə vasitəsilə bildirib: “Manaf Ağayevlə Fədayə Laçının ailəsinə baş çəkdik. Onların indi mənəvi dəstəyə çox ehtiyacları var. Onlara diqqət lazımdır. Anası, bacıları, oğlu gözüyaşlıdır. Bir çoxunuz gedib, o ailəyə baş çəksəniz, yaxşı olar. Həm mənəvi, həm də maddi dəstək ola bilərsiniz. Fədayə bu gün həbsdədirsə, deməli, ailəsi əziyyət çəkir”.
Musavat.com məsələ ilə bağlı ifaçının bacısı, müğənni İlahə Fəda ilə əlaqə saxlayıb. O, açıqlamasında deyib ki, bacısının həbsi haqqında danışmaq istəmir: “Mən Fədayənin həbsi ilə bağlı danışmaq istəmirəm. Nə mən, nə anam, nə də ailəmiz bu məsələ barədə açıqlama vermək istəyir. Ona görə də mənim vaxtımı almayın”.
N.Qafarzadənin fikirlərinə Fədayənin vəkili Türkel Süleymanlı isə belə münasibət bildirib: “Fədayə Laçının işi ilə bağlı yenilik yoxdur. İstintaq davam edir. Ailəsinin maddi dəstəyə ehtiyacının olması doğrudur. Vəziyyətləri ürəkaçan deyil. Fədayə ailənin maddi dayağı idi”.
Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.