Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Cəmiyyət / Hacıqabulun baş həkimi oğluna 60 minlik toy etdi, 212 min yığdı

Hacıqabulun baş həkimi oğluna 60 minlik toy etdi, 212 min yığdı

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Beydulla Qarayev bir neçə gün əvvəl oğluna toy edib.

AzEuroNews.com-a verilən məlumata görə, toy mərasimi Şirvan şəhərindəki “Ağ saray” şadlıq evində olub.

Baş həkimin oğlunun şadlıq mərasiminə 60 min manata yaxın xərc çəkdiyi xəbər verilir. Belə ki, baş həkim şadlıq sarayının hər iki zalını bağlatdırıb.

Həmçinin, Bakıdan dəvət olunan şou-biznes nümayəndələrinə böyük məbləğdə qonorar ödənilib. B.Qarayevin toy məclisindən 212 min manat yığdığı, onun 60 min manatını xərclədiyi söylənir.

Məlumatlarda iddia olunur ki, toya ən aşağı nəmər yazdıran 300 manat olub. Hətta Şirvan və Hacıqabuldan olan idarə rəisləri 500-1000 manat arası yazdırıblar.

Toyda ağ balıq kababından tutmuş ən bahalı içkilərə qədər masalara düzülüb. Habelə, qonaqlara qara kürü,

Onu da deyək ki, B.Qarayev baş həkim təyin olunmamışdan qabaq Şirvan şəhər Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsinin müdiri işləyib.

Artıq uzun illərdir ki, Hacıqabul səhiyyəsinə rəhbərlik edir. Amma baş həkim oliqarx kimi dəbdəbəli toy təşkil edib.

Prezident dəfələrlə məmurlara xəbərdarlıq edib ki, dəbdəbəli toy-nişan, ad günü ziyafətləri etməsinlər, israfçılığa yol verməsinlər.

Bundan əvvəl də Bakının baş liftçisi Qüdrət Şükürovun qızına 400 minlik toy etdiyi xəbərləri yayılmışdı.

Təbii ki, hər kəs övladına gözəl məclis təşkil etmək istəyir. Amma məmurlar gərək təvazökar olsunlar. Bununla belə, hörmətli B.Qarayevin oğluna xoşbəxtlik arzulayırıq.

****************************************************************

Prezident İlham Əliyevin dəbdəbəli toy və ad günləri ilə bağlı çıxışı (2.20 dəqiqədən sonra baxın )

Həmçinin oxuyun

DTX-nın “Facebook” səhifəsi, “Twitter” və “Youtube” kanalı fəaliyyətə başlayıb

Azərbaycan Respublikasında söz və məlumat azadlığının, o cümlədən dövlət qurumlarının fəaliyyətində şəffaflığın və aşkarlığın təmin …