Şənbə , Fevral 16 2019
Ana səhifə / Cəmiyyət / Fazil Məmmədovun türkiyəli həkimi danışdı:”Bura gətirilərkən vəziyyəti çox ağır idi”

Fazil Məmmədovun türkiyəli həkimi danışdı:”Bura gətirilərkən vəziyyəti çox ağır idi”

Sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyədə “American Hastanesi”nə yerləşdirilib. Hazırda o, həmin xəstəxananın professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altında müalicəsini davam etdirir.

Türkiyəli həkimi Orhan Bilge F.Məmmədovun son durumu ilə bağlı açıqlama verib: “Hazırda Fazil Məmmədov xəstəxanada müalicəsini davam etdirir. O, Azərbaycanda əməliyyat olduğuna görə, burada onun növbəti əməliyyat keçirməsinə ehtiyac olmadı. Azərbaycandan buraya gətirilərkən vəziyyəti çox ağır idi. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşməyə başlayıb. Onun nə zaman xəstəxanadan buraxılacağını deyə bilmərəm. Müalicəsi ən azı bir-iki ay davam edəcək. O, pankreatit xəstəliyinin ağır formasından əziyət çəkdiyi üçün davamlı müalicə alması zəruridir”.

Orhan Bilge F.Məmmədovun səhhətinin yaxşı olduğunu və narahatlığa ehtiyac olmadığını da bildirib.

Həmçinin oxuyun

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirildi – FOTO

16 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyi tərəfindən Qətərdə yaşayan azərbaycanlı soydaşlarımızın …