Bazar , Noyabr 18 2018
Ana səhifə / Cəmiyyət / Eşşək südü ilə bağlı müayinələr başa çatdı – Bakteriya aşkarlandı

Eşşək südü ilə bağlı müayinələr başa çatdı – Bakteriya aşkarlandı

(ÖZEL HABER) EŞEK SÜTÜYLE ŞİFA BULDU, ÇİFTLİĞİNİ KURDU ÜÇ AY BOYUNCA EŞEK SÜTÜ İÇTİ, AKCİĞERLERİNDEKİ LEKELER KAYBOLDU MANİSA’DA YAKALANDIĞI AKCİĞER RAHATSIZLIĞINI EŞEK SÜTÜYLE ATLATAN YÜCEL ALP, KURDUĞU EŞEK ÇİFTLİĞİYLE ŞİMDİ ÇEVRESİNE FAYDALI OLMAYA ÇALIŞIYORMəlumat verildiyi kimi, bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən ulaq təsərrüfatına baxış keçirilmiş və həmin təsərrüfata cəlb olunmuş heyvanlardan qan və süd nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

AQTA-dan Trend-ə verilən məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunmuş pasterizə edilmiş ulaq südünün tədqiqat (sınaq) məqsədli müayinəsi nəticəsində, sözügedən məhsulda insan sağlamlığı üçün zərərli hesab olunan bakteriya (S.aureus) aşkar edilib. Bu isə həmin təsərrüfatın sanitar-gigiyena norma və qaydalarına uyğun olmadığının göstəricisidir.

Həmçinin ulaq südünün və həmin südün emalı nəticəsində əldə edilmiş məhsulların daxilə qəbulu və xaricə istifadəsi zamanı insan orqanizminə və onun fizioloji göstəricilərinə mümkün təsirləri barədə müvafiq elmi-tədqiqat institutlarının rəylərinin təqdim edilməsi, eləcə də həmin məhsulların texniki parametrlərini özündə əks etdirən texniki şərtlər və digər normativ texniki sənədlər, habelə istehsalın standartlarının hazırlanması və təsdiq olunması üçün təsərrüfat sahibinin Azərbaycanda fəaliyyət göstərən müvafiq təşkilatlara müraciət etməsi tövsiyə olunub.

Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin təsərrüfat subyektinə süd istehsalının və emalının dayandırılması və yalnız qanunvericilikdə tələb olunan tədbirlər həyata keçirildikdən sonra, fəaliyyətə başlamaları üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri bildirilmişdir.

VIPedu.BIZ

Həmçinin oxuyun

BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?

Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində total yoxlamalar başlayıb. Yenicag.az xəbər verir ki, …