Cümə , Sentyabr 21 2018
Ana səhifə / Cəmiyyət / Deputatlar istirahətə çıxdı: nə qədər məzuniyyət pulu alacaqlar?

Deputatlar istirahətə çıxdı: nə qədər məzuniyyət pulu alacaqlar?

Milli Məclisinin sədri, sədr  müavinləri və üzvləri məzuniyyətə çıxıb.
Oxu.az xəbər verir ki, məzuniyyət avqustun 30-a qədər davam edəcək.
MM üzvləri iki aylıq məzuniyyət pulu ilə təmin ediliblər. Məzuniyyət pulu deputatın parlamentdə tutduğu postdan asılı olaraq müvafiq qaydada 2 aylıq vəzifə maaşı miqdarındadır.
Qeyd edək ki, hazırda Milli Məclisin sədri 2475 manat, sədrin birinci müavini bunun 90 faizi, digər müavinlər 85 faizi, komitə sədrləri 80 faizi, komitə sədrlərinin müavinləri 75 faizi, qalan deputatlar isə 70 faizi qədər maaş alırlar.

Həmçinin oxuyun

Anar Nağılbazın atası: Oğlumu Anjelika öldürdü – VİDEO

ARB TV-nin “Səhər-Səhər” verilişi mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyevlə bağlı çəkiliş edib. Nəvələrinə qovuşan Cəbiyev …