Çərşənbə axşamı , Dekabr 18 2018
Ana səhifə / Cəmiyyət / “Cəmiyyət Aslanı   tanıyır, pulgir insandır” – Fəzail Ağamalı

“Cəmiyyət Aslanı   tanıyır, pulgir insandır” – Fəzail Ağamalı

“Aslan İsmayılovun cəsarəti çatırsa, mənliyi varsa, mənimlə üz-üzə gəlsin, komputerin arxasında gizlənməsin. Nə sözü varsa, üzümə desin”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O, hüquqşünasla arasında baş verən mübahisəyə aydınlıq gətirib. Onun sözlərinə görə, Aslan İsmayılov “Facebook” sosial şəbəkəsində yazıb ki, Qüdrət Həsənquliyev və Fəzail Ağamalı Vahid Əhmədov kimi xalqın qarşısına çıxa bilməz:

“Guya bizim cəsarətimiz çatmır. Mən də ona zəng etdim ki, cəsarətin varsa, üz-üzə görüşək. O, telefonu asdı. Mən ona nə demişəm ki?! Axı niyə komputerin arxasında insanlara ləkə yaxır? Növbəti dəfə də zəng etdim, telefonu açmadı. Bir daha deyirəm ki, cəsarəti çatırsa, mənimlə üz-üzə gəlsin, debata çıxaq.

O kimdi ki, ona hədə-qorxu gələm? Cəmiyyət onu tanıyır, pulgir insandır. Hər şeyin bir həddi var, bu qədər də olmaz axı, insanların şəxsiyyətinə toxunur. Özünü qəhrəman hesab edir?!”

Qeyd edək ki, A.İsmayılov özünün facebook səhifəsində F.Ağamalı tərəfindən telefonla hədələndiyini bildirib.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Elə valideyn var ki, bu gün nəinki repetitor tutur, hətta “çantadaşıyan” da tutur” – YAP-çı deputat

“Düşünürəm ki, orta təhsil sistemi bir qədər sadələşdirilməlidir. Şagirdi bu qədər yükləmək olmaz. Bir gün …

Bir cavab yazın