Cümə , Dekabr 14 2018
Ana səhifə / Cəmiyyət / CƏBHƏDƏ DÖYÜŞLƏR BAŞLADI – Ermənistan itki verdi

CƏBHƏDƏ DÖYÜŞLƏR BAŞLADI – Ermənistan itki verdi

Bu gün səhər saatlarından etibarən Azərbaycan–Ermənistan təmas xəttinin Talış kəndi istiqamətində döyüşlər gedir.

Azərbaycanın işğal olunmuş Ağdam rayonunun təmas xəttində yerləşən Əhmədağalı kəndi Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb.
“Report”un Qarabağ bürosu xəbər verir ki, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Mətləb Əliyevə məxsus iki mərtəbəli evə düşüb.

Nəticədə yanğın baş verib və 8 otaqlı 338 kv.m-lik evin 318 kv.m-i əşyaları ilə birgə tamamilə yanıb.
Kənd sakinlərinin sözlərinə görə, qarşı tərəf əsasən yandırıcı güllələrdən və mərmilərdən istifadə edib. Atılan güllələrdən biri evin dam örtüyünə düşüb.
Yanğın zamanı ev sahibləri mənzildə olublar. Xəsarət alan olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunublar. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.

Erməni saytlarında olan məlumatlara görə, qarşıdurma nəticəsində Ermənistan tərəfi yüksək rütbəli zabitlər də daxil olmaqla ciddi itki verib. Baş leytenant Şavarş Melikyan, əsgərlər Edqar Narayan və Erik Abovyan həlak olublar.

VIPedu.BIZ

Həmçinin oxuyun

Deputatlar niyə Azərbaycan dilində olan filmlərə baxmırlar – “Yolki-palki”

Xarici filmlərin Azərbaycan dilində dublyajı ingilisdilli orijinalından və Rusiya şirkətlərinin etdiyindən geri qalır. Bunu Sputnik Azərbaycan-a …

Bir cavab yazın