Cümə axşamı , Dekabr 13 2018
Ana səhifə / Cəmiyyət / “Bağçadakı hadisənin cinayət məsələsindən çox, sosial-psixoloji tərəfi daha geniş müzakirə olunmalıdır”

“Bağçadakı hadisənin cinayət məsələsindən çox, sosial-psixoloji tərəfi daha geniş müzakirə olunmalıdır”

“Təbii ki, bu hadisə ictimailəşməsəydi, cinayət işi açılmayacaqdı”

Uşaq bağçasındakı hadisəyə görə tərbiyəçi Füruzə Tağıyevaya Yasamal rayon Polis İdarəsində CM-nin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi açılıb. Bəs bu maddə ilə tərbiyəçi neçə il azadlıqdan məhum edilə bilər?
Moderator.az-ın sualını cavablandıran hüquqşunas Ələsgər Məmmədli bu məsələlərə aydınlıq gətirərək bildirib ki, bu hadisədə işin cinayət məsələsindən çox, sosial-psixoloji tərəfi daha çox müzakirə olunmalıdır:
“Ümumiyyətlə bu hadisənin cinayət məsələsindən çox, sosial-psixoloji tərəfi daha geniş müzakirə olunmalıdır. Vətəndaşlar öz övladlarını belə bağçalara həvalə edirlər və amma burda baş verən hadisələr çox ciddi şəkildə narahatçılıq yaradır. Çünki müəllimələrin pedaqoji qabliyyəti olmadan nəticə etibarı ilə uşaqlar onlara həvalə olunur. İlk növbədə keyfiyyət məsələsi gündəmə çıxır. Təbii ki, bu hadisə ictimailəşməsəydi, cinayət işi açılmayacaqdı”.
Ə.Məmmədli müəllimənin iki ilə və ya iki ildən beş ilə qədər azadlıqdan məhrub edilə biləcəyini deyib:
“Cinayət Məcəlləsinin 133-cü maddəsi özündən zəif olan birinə öz üstünlüyündən istifadə edərək əzab verməkdir. Müəyyən olunan əməl reallaşıbsa, şəxs iki ilə qədər azadlıqdan məhrum edilə bilər. Əgər bu əməl iki və daha çox şəxsə qarşı baş veribsə, bu ağırlaşacaq və iki ildən beş ilə qədər azadlıqdan məhrum edilə bilər. Biz qadını cəzalandırmaqla məsələni bitmiş hesab etməməliyik. Biz uşaq tərbiyə müəssisələrində işləyən insanların keyfiyyətli təhsil aldıqlarına nə qədər əminik? Bu məsələni nə qədər həll edə bilmişik? Belə uşaq bağçalarına daha yaxşı tərbiyə almaq üçün maddi imkanı olan şəxslər uşaqlarını qoyurlar, amma yenə belə problemlər yaşanır”.
VIPedu.BIZ

Həmçinin oxuyun

İbrahim Mehdiyev danışdı – “Cinayət işi xəbərinin əsası yoxdur”

Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyev barəsində cinayət işi açılması ilə …