“Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi “ gənclərlə görüş keçirib

​07 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Turizm və Menecment Universiteti və “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi və birgə təşkilatçılığı ilə həyata keçirilən “Qarabağın Mədəniyyət Xəzinəsi” adlı, Qarabağda olan və hərbi münaqişə zamanı ermənilər tərəfindən tamamilə və qismən dağıdılmış mədəniyyət abidələrimizin təbliğatı istiqamətində, təqdimat xarakterli maarifləndirmə layihəsi çərçivəsində Azərbaycan Kooperasiya Universitetinin tələbələri ilə görüşü keçirilib.
​Tələbələrlə görüşdə Azərbaycan Turizm və Menecment Universitetinin “Mədəniyyət tarixi və nəzəriyyəsi” fənn müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə, Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının sədri Qoşqar Rzalı, Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov iştirak edib.

​Mərasimi Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov giriş sözü ilə açaraq qonaqları salamlayıb və layihənin gedişatına uğurlar arzulayıb.
​Sonra Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının sədri Qoşqar Rzalı layihə haqqında məlumat verib, sonda layihənin həyata keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə və digər qurumlara öz minnətdarlığını bildirib.
Daha sonra Azərbaycan Turizm və Menecment Universitetinin “Mədəniyyət tarixi və nəzəriyyəsi” fənn müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə çıxış edərək gənclərlə Qarabağda olan və hərbi münaqişə zamanı ermənilər tərəfindən tamamilə və qismən dağıdılmış mədəniyyət abidələrimiz haqqında gəncləri məlumatlandırıb.

Sonda gəncləri maraqlandıran sualları cavablandırılıb.
Qeyd edək ki, Layihənin məqsədinin əsasında ilk növbədə özünün tarixi, maddi-mədəniyyət abidələri ilə zəngin olan Qarabağımızın mədəniyyət abidələrini təbliğ etmək dayanır.