Şənbə , Fevral 23 2019
Ana səhifə / Cəmiyyət / Almaniyada oğurlanan maşın Azərbaycanda tapıldı – FOTO

Almaniyada oğurlanan maşın Azərbaycanda tapıldı – FOTO

Azərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin edib.
DGK-dan verilən xəbərə görə, Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Nəzərov Babək Sərvər oğluna məxsus “Mercedes-Benz E 220” markalı avtomobil saxlanılıb.

2018-ci il buraxılışlı, WDD2130041A514487 şassi nömrəli, MDS 5062 qeydiyyat nişanlı həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub. Araşdırma aparılarkən məlum olub ki, “Mercedes-Benz E 220” markalı avtomobil Almaniya Federativ Respublikasının Münxen şəhərində fəaliyyət göstərən “Sixt Gmbh & Co” kirayə şirkətinə məxsusdur. Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Qazaxıstanda Xocalıya dair mahnı yazıldı, klip çəkildi – “Fevral ildırımı”

Astanada Xocalı soyqırımı ilə bağlı klip təqdim olunub. Qazaxıstanda xalq layihəsi əsasında “Fevral ildırımı” mahnısının …