Bazar ertəsi , Noyabr 19 2018
Ana səhifə / Cəmiyyət / Ağır xəbərlərdən sarsılan Arif Babayevin səhhəti pisləşdi

Ağır xəbərlərdən sarsılan Arif Babayevin səhhəti pisləşdi

Xalq artisti, tanınmış xanəndə Arif Babayev Gəncədə baş verən iğtişaşlardan narahatlıq hissi keçirdiyini deyib.

Yenicag.az-a açıqlama verən sənətkar xəbəri eşidəndən sonra təzyiqinin qalxdığını deyib. O, baş verən hadisələri dövlətçiliyimizə uzanan xain əl kimi dəyərləndirib: “Bu xəbər mənə çox pis təsir etdi. Xəbəri eşidəndən bəri halım özümdə deyil, dünəndən təzyiqim qalxıb, dərman içirəm. Bu araqarışdıran insanların dərdi nədir, nə istəyirlər. Əmin-aman, firavan ölkədə yaşayırıq, bizim bir dərdimiz var, o da Qarabağı almaq. Bu hadisə dövlətçiliyimizə uzanan xain əldir. Biz əlbir olmalıyıq, dövlətimizin ətrafında sıx birləşməliyik. Necə yəni, polisi qətlə yetirmək? O polislər xalqımızın asayişi keşiyində dayanan insanlardır. Cinayəti törədənlər öz layiqli cəzalarını almalıdır”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Bakıda qəssablar rəqabətə girib dana ətini 9 manata endirdilər (VİDEO)

Əksər yerlərdə 10 manat 50 qəpik – 11 manata satılan dana əti paytaxtdaki bəzi məntəqələrdə …