Cümə , Fevral 22 2019
Ana səhifə / Cəmiyyət / ​Elmar Vəliyevin daha bir kadrı işdən çıxarılıb

​Elmar Vəliyevin daha bir kadrı işdən çıxarılıb

Gəncə Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbrahimov Nürəddin Nizami oğlu vəzifəsindən azad edilib.

Azinforum.az “Report”-a istinadən xəbər verir ki, bununla bağlı Gəncənin icra başçısı Niyazi Bayramov əmr imzalayıb. Həmin vəzifəyə təyinat olmayıb.

Xatırladaq ki, avqustun 28-də prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.

Həmçinin oxuyun

Yaşamaq əmri: Azərbaycandakı “Pomidor işi” İspaniyada seçkilərə necə təsir edib

Azərbaycan Respublikasının ölüm hökmünü ləğv etməsinin ildönümündə Sputnik Azərbaycan-ın əməkdaşı zamanında böyük səs-küyə səbəb olmuş …