Bazar ertəsi , Dekabr 17 2018
Ana səhifə / Cəmiyyət / Əli Həsənov: “İlham Əliyev Azərbaycanı azad mediasız təsəvvür etmir”

Əli Həsənov: “İlham Əliyev Azərbaycanı azad mediasız təsəvvür etmir”

“Biz Azərbaycan dövləti olaraq medianın rolunu və yerini onların özlərinin gördüyü kimi görürük. Prezident İlham Əliyev Azərbaycanı azad mediasız təsəvvür etmədiyini bildirib”.

Bunu dekabrın 24-də prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezident yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu-nun (KİVDF) keçirdiyi mərasimdə Ə. Həsənov deyib ki, medianın inkişafına 28 milyon manata yaxın vəsait ayrılıb:

“Təxminən bir o qədər də vəsait medianın problemlərinin həllinə yönəlib. Media qurumlarının borcları silinib, media dövlətin bütün qayğı mexanizmlərindən istifadə edir. Dövlət tərəfindən jurnalistlər üçün evlər tikilib və tikilməkdə davam edir”.

Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) Ümumdünya Mətbuat Azadlığı İndeksinə görə Azərbaycan 180 ölkə arasında 163-cü yeri tutur.

Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, prezident İlham Əliyev plüralizmin bütün formalarını sıradan çıxarıb, 2014-cü ildən onu tənqid edənlərə qarşı amansız müharibə aparır.

Ümumdünya Mətbuat Azadlığı İndeksində Rusiya 148, Ermənistan 74, Gürcüstan 64-cü yerləri tutur.

VIPedu.BIZ

Həmçinin oxuyun

Bakıda qaydanı pozan sürücü özünə və polis əməkdaşına xəsarət yetirib

Bu gün saat 16:40 radələrində paytaxtın Nəsimi rayonunun Azadlıqprospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində nasaz vəziyyətdə, yol hərəkətində …

Bir cavab yazın