Şənbə , Yanvar 19 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Qazaxda ekskava­­tor pulemyotlardan atəşə tutuldu – FOTOLAR

Qazaxda ekskava­­tor pulemyotlardan atəşə tutuldu – FOTOLAR

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqa­mətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs re­ji­minin pozulması halları davam etməkdədir.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 12 yanvar tarixində saat 11:20 və 11:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonu­nun Kəmərli kəndi yaxınlı­ğındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən ida­rə olunan ekskava­­tora doğru 7,62 mm çaplı “PK” pulemyotundan və 12,7 mm çaplı “DŞK” pu­lem­yo­tun­dan atəş açılıb, nəticədə 6 güllə eksko­va­torun çalovuna və başqa hissələrinə dəyib, kabinanın şüşəsi sındırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


VIPedu.BIZ

Həmçinin oxuyun

Cəbhədə atəşkəs 20 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Azinforum.az Azərbaycan …