Çərşənbə axşamı , Sentyabr 25 2018
Ana səhifə / Cəbhə Xəbərləri / Qarabağda əsgər əsgəri postda güllələdi

Qarabağda əsgər əsgəri postda güllələdi

Ötən gün aprelin 15-də erməni işğalçı birləşmələrinin Qarabağda təmas xəttindəki mövqelərindən birində güllə yarasından ölən erməni əsgəri qondarma “dqr prezidenti” Bako Saakyan tərəfindən igidliyə görə mükafatlandırılıb. Amma Ermənistan İstintaq Komitəsi bəyan edib ki, əsgər Alek Karapetyan döyüş vəzifəsini yerinə yetirərkən yox, xidmət yoldaşı tərəfindən güllələnib.

İstintaq Komitəsinin bildirdiyinə görə bazar günü saat 19.15 radələrində təmas xəttinin şimal istiqamətində müddətli hərbi xidmət keçən Alek Karapetyan qarnından ölümcül güllə yarası lıb. O, hospitala aparılarkən yolda keçinib. Karapetyanın postda əsgər yoldaşı ilə mübahisə etdiyi və onun tərəfindən güllələndiyi məlum olub. Karapetyanı güllələyən əsgər saxlanılıb.

Qondarma “prezident” Bako Saakyanın imzaladığı “fərmanda” isə deyilir ki, Alek Karapetyan ölümündən sonra “Artsaxın müdafiəsində göstərdiyi igidliyə görə “Döyüş xidmətlərinə görə” medalı ilə təltif olunub.

Bu, əlbətdə erməni işğalçı birləşmələrinin əsgərləri üçün əsl igidlikdir. Lakin daha yaxşı olardı ki, Karapetyanı zərərsizləşdirən əsgər də Saakayan tərəfindən göstərdiyi iglidliyə görə təltif ediləydi. (Virtualaz.org)

Həmçinin oxuyun

Düşmən cəbhədə atəşkəs rejimini 96 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs …