Çərşənbə , Yanvar 16 2019
Ana səhifə / Cəbhə Xəbərləri / “Naxçıvan istiqamətində ciddi ərazi itkilərinə məruz qaldıq” – Vova Vartanov

“Naxçıvan istiqamətində ciddi ərazi itkilərinə məruz qaldıq” – Vova Vartanov

“Naxçıvan nümunəsinin təkrar olunmaması üçün rəqibin Geğarkunik vilayəti istiqamətindəki əməliyyatlarının qarşısını almaq lazımdır… Bunun qarşılığında məhz həmin istiqamətlərdən həyata keçirilməsi məcbur olmayan hərbi əməliyyatlara başlamaq zəruridir”.

Ordu.az xəbər verir ki, bu sözləri erməni hərbi ekspert, keçmiş kəşfiyyatçı, ilk kəşfiyyat diversiya dəstəsinin qurucusu Vova Vartanov KİV-lərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan ordusu bütün parametrlər üzrə Ermənistan ordusunu üstələyib.

“2018-ci ildə Su-30CM-ləri alacağımızla bağlı şayiələr gəzirdi. Biz hələ də onları görə bilməmişik. Naxçıvan istiqamətində ciddi ərazi itkilərinə məruz qaldıq. Mən bir il yarım əvvəl xəbərdar etmişdim ki, türklər Qarabağa gedən əsas iki nəqliyyat yolunu (damarını) nəzarət altına alacaqlar. Mənə o zaman məsləhət gördülər ki, təşviş yaymayım. Türklər Naxçıvan istiqamətində mövqeləri nəzarət altına aldılar. Mövqelərin alınması nəticəsində Vayk rayonundan keçən və bizi İranla bağlayan, Qarabağda erməni hərbi bölmələrini qidalandıran əsas ana damar olan dövlətlərarası yolu vizual şəkildə nəzarətdə saxlaya bilirlər. İndi bir az ağıllı hərəkət edib, heç olmasa, Vardenis istiqamətindəki Vardenis-Kəlbəcər yolunda buna imkan verməməliyik”, – deyə Vardanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ordusunun növbəti hədəfi Geğarkunik vilayəti olacaq. O, Azərbaycan ordusunun bununla Dağlıq Qarabağın xarici dünya ilə bütün əlaqələrinin tam nəzarət altına alacağını deyib. Onun fikrincə, bu iki yol 2016-cı ildə ciddi şəkildə hazırlanmış hərbi əməliyyatların qarşısını almağa imkan verib.

“Bu yollarla geniş miqyaslı yardım edilməsi hərbi əməliyyatın qarşısını almağa imkan verib. Sözügedən yardım kifayət qədər ciddi rezerv hesab olunan həm könüllülər, həm də artilleriya hərbi hissələrinin daşınması ilə baş tutub”, – deyə o vurğulayıb.

Erməni hərbi ekspert qeyd edib ki, fəal döyüş əməliyyatları imkanlarını rəqibin ixtiyarına buraxıblar, rəqib isə Qarabağ cəbhəsi boyunca və Ermənistandan Qarabağa gələn ana yollar istiqamətində öz qüvvələrini gücləndirir.

O, Tavuş vilayəti hissəsində Azərbaycanın Sərhəd Qoşunlarını yerləşdirməklə Ermənistan tərəfinin fəal hərbi əməliyyatlara əl atmayacağına və qoşun cəmləşdirmə imkanlarına malik olacaqlarına əmin olduqlarını bildirib. Vartanov, bunun qarşılığında məhz həmin istiqamətlərdən həyata keçirilməsi məcbur olmayan hərbi əməliyyatlara başlanılması zərurətini vurğulayıb.

Vartanov, aprel döyüşlərinin nəticələrindən danışarkən kiminsə məsuliyyətə cəlb edilməsindən yox, nəticələr çıxarılmasından danışmağım lazım olduğunu qeyd edib, ancaq siyasi elitanın heç bir nəticə çıxarmaq niyyətində olmadığını vurğulayıb.

Ermənistan ordusunda korrupsiyaya qarşı mübarizə aparıldığı, əsaslı dəyişikliklər edildiyindən danışıldığını deyən Vardanov əlavə edib ki, aparılan kadr siyasəti bunun tam əksindən xəbər verir.

VIPedu.BIZ

Həmçinin oxuyun

Qazaxda ekskava­­tor pulemyotlardan atəşə tutuldu – FOTOLAR

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri …