Şənbə , Noyabr 17 2018
Ana səhifə / Cəbhə Xəbərləri / “Məni darıxdıran uşaqların suallarıdı…” -Şəhid polkovnikin həyat yoldaşı…

“Məni darıxdıran uşaqların suallarıdı…” -Şəhid polkovnikin həyat yoldaşı…

Bu gün aprel döyüşlərində qəhrəmancasına şəhid olan zabitimiz, polkovnik Vüqar Nurəddin oğlu Yusifovun doğum günüdür. V.Yusifov 1976-cı il Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub.
Şəhid zabitimizin həyat yoldaşı Lalə xanım Moderator.az-a açıqlamasında şəhidimizin 42 yaşının tamam olduğunu deyib:
“Artıq Vüqarsız üçüncü doğum gününü qeyd edirik. Bu gün 42 yaşı tamam olur. Həyatımızda dəyişən bir şey yoxdur. Sadəcə özü yoxdur və hər şey qoyduğu kimidir. Dünən məzarını ziyarət etməyə getmişdim. Oğlum Yusifin artıq dörd yaşı var, əvvəllər atasının şəhid olduğunu başa düşmürdü, amma dünən kövrəldi. Ağlaya-ağlaya bacılarını istədi. Uşağın cəsarəti çatmadı ki, desin atamdan ötrü darıxmışam, gəlsin. Elə bilirdi ki, məzarı başında çox qalsaq, gələcək. Məzarın ətrafına dolandı. Qızlarım isə darıxır, amma heç nə bildirmirlər. Məni darıxdıran uşaqların suallarıdı”.
Xatırladaq ki, aprel döyüşlərində qəhrəmancasına şəhid olan zabitimiz aprelin altısında doğulduğu kənddə böyük izdihamla dəfn edilib. Vüqar Yusifov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətənə xidmətə görə” üçüncü dərəcəli ordeni ilə təltif edilib. Şəhidimizin Ayan, Aytən və Yusif adlı üç övladı yadigar qalıb.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
VIPedu.BIZ

Həmçinin oxuyun

Ordumuz Naxçıvanda şərti düşmənə əks-zərbə endirdi – FOTOLAR

Komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq şərti düşmənin silahlı hücumunun dəf edilməsi məqsədilə Əlahiddə Ümumqoşun …