Kursantlar artilleriya qurğularından döyüş atışları icra ediblər

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq kursantlar təlim mərkəzində artilleriya qurğularından döyüş atışları həyata keçiriblər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırlığın yekun mərhələsində şəxsi heyət xüsusi və döyüş hazırlığı üzrə fənləri öyrənib, eləcə də haubitsa və minaatanlardan döyüş atışları icra edib.

Heyətlərin hazırlığı istənilən iqlim şəraitini modelləşdirən, raket və artilleriya sistemlərinin atəşlərini təqlid edən müasir kompüter trenajorlarında aparılıb.