Bazar , Fevral 24 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Elnur Hüseynzadə Şuşadan Ermənistana aparılıb

Elnur Hüseynzadə Şuşadan Ermənistana aparılıb

2017-ci il fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu saxlanıldığı Şuşa şəhərindən fevralın 2-də Ermənistan Respublikasına aparılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Azvision.az -a bildirilib ki, bu barədə aidiyyəti beynəlxalq təşkilatlardan məlumat daxil olub. 

Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır. 

Həmçinin oxuyun

Səngər qələbə yolunun başlanğıcıdı – REPORTAJ

Başlanğıcı bu gün şərti sərhəd – səngər olan bu yolun sonu yaxın vaxtlarda Azərbaycan əsgərinin …