Bu ilin 6 ayı ərzində Ermənistanda 19 hərbi qulluqçu ölüb

Bu ilin 6 ayı ərzində Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində 19 erməni hərbi qulluqçusu ölüb.

“Report” erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlardan 2-i zabit, 16-ı əsgər, 1-i müqavilə ilə xidmət edən hərbçi olub. Hərbçilərdən 6-ı özünə qəsd edib və ya intihar həddinə çatdırılıb. İki hərbçi silahdan istifadə qaydalarını pozmasının qurbanı olub. Erməni ordusunun 2 hərbçisi xəstəlikdən, 1-i mina partlayışı zamanı, 1 nəfər bədbəxt hadisə, daha 1 nəfər isə yol-nəqliyyat hadisəsi zamanı ölüb. Düşmən ordusunun 5 hərbçisi cəbhənin təmas xəttində atəşkəsi pozması nəticəsində öldürülüb.

Bu ilin 6 ayı ərzində qeyri-döyüş şəraitində 12 erməni hərbi qulluqçusu ölüb.

Zdrave universal kremi zdrave forte