Şənbə , Sentyabr 22 2018
Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycan Ordusuna həyəcan siqnalı verildi: Döyüş hazırlığı gedir

Azərbaycan Ordusuna həyəcan siqnalı verildi: Döyüş hazırlığı gedir

Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.

 

Bu haqda Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qoşunların idarəedilməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir. Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edir.

Həmçinin oxuyun

Ermənistan silahlı qüvvələri atəşkəsi 112 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs …