Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Bakıda 5 manata 18+ TAMAŞA

Bakıda 5 manata 18+ TAMAŞA

İlk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) ölkənin ilk 18+ tamaşası olan “MimOda”nı təkrar nümayiş etdirəcək.

Publika.az xəbər verir ki, tamaşa avqustun 13-ü saat 20:00-da ADO teatrında göstəriləcək. Biletlərin qiyməti 5 manatdır.
Rejissoru isə İmam Həsənovun olduğu tamaşadakı rolları fransız aktrisa Elsa Furtado və azərbaycanlı aktyorlar Elmin Bədəlov, Ceyhun Zabitli canlandıracaq.
Xatırladaq ki, ideyası ADO-ya məxsus olan “MimOda 18+” tamaşasının premyerası 2015-ci ildə keçirilib. Bu tamaşa teatr mühitində birmənalı qarşılanmamışdır.
Ölkəmizin ilk müstəqil teatrı olan ADO klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …