24 İyun 2017, Şənbə

Buğanın buynuz zərbəsindən matador öldü

21:32 | 19.06.2017
346 dəfə oxundu

İspaniyalı matador İvan Fandino aldığı buynuz zərbəsindən dünyasını dəyişib.

Sputnik Azərbaycan türk mətbuatına istinadla xəbər verir ki, İvan Fandino Fransanın cənubunda Aire-Sure-Ladour arenasında keçirilən korrida zamanı aldığı boyun zərbəsibndən ölüb. Məlumata görə, matador bədənin sağ tərəfindən 15 sm dərinliyində buynuz zərbəsi alıb. Matadorun ağ ciyəri və digər həyati orqanları ciddi zədələnib. Həkimlər onun həyatını qurtara bilməyib.

Xatırladaq ki, Fandino 2005-ci ildən matador kimi dünyanın bir çox arenalarında korridalara qatılıb. Fabdinonun ölümü ilə əlaqədar İspaniya kral ailəsi, İspaniya höküməti və çox sayda matador sosial şəbəkə vasitəsilə başsağlığı verib.