Bu gecə Səngəçalda baş verən yanğının – ŞOK SİRRLƏRİ

17:12 | 11.01.2017
684 dəfə oxundu

“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır!” “Quran”, 57:22
Rəsmi dövlət qurumlarının yaydığı məlumata görə bu gecə (yanvarın 10-dan 11-nə keçən gecə) Səngəçal terminalının qaz xəttində partlayış və yanğın baş vermişdir.
Elmi-lədun araşdırmalarımız göstərir ki, neft və qaz yataqlarında baş verən digər qəzalar kimi, bu partlayış da təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluğun isə, bir qayda olaraq “Quran” rəmzlərinə bağlanması hadisənin Allah tərəfindən kodlaşdırılmış mesaj olduğunu ortaya qoymaqdadır.
Bunu aşağıdakı hesablamalardan aydın görmək olur:
1) Hesablamalarımız göstərir ki, bu gecəki yanğınla Şirvanda hərbi zavodun partlaması arasında riyazi əlaqə vardır. Yadınıza salım ki, 2015-ci ilin iyulun 6-da sözü gedən hərbi zavodda partlayış baş verdi. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu gün həmin hadisənin 555-ci (!) günüdür. Əvvəlki yazılarımızı izləyən oxucularımıza məlumdur ki, 555 ədədi “Quran”da tövbə və  cəza rəmzi olmaqla, dünyada baş verən bütün qəza və zəlzələlərin üzərində görünməkdədir. Şirvandakı partlayışla Səngəçaldakı partlayışın biri-birinə 555 ədədi ilə bağlanması hər iki hadisənin Allah tərəfindən yolun azmış millətimizə və onu idarə edənlərə Allah tərəfindən xəbərdarlıq siqnalı olmasını sübut etməkdədir.
2) Xatırladım ki, 22 iyun 2015-ci il tarixdə Bakı metrosunda qəza baş verdiyindən eyni vaxtda bir neçə stansiyada qatarlar tuneldə qaldılar. Bu hadisə şəhər əhalisi arasında çox böyük həyəcan və təşviş yaratdı. (Qeyd edim ki, tunel bu dünya ilə o dünya arasında keçidin rəmzi olduğundan bu cür hadisələr böyük məna kəsb edir.)  Maraqlıdır ki, bu gün həmin qəzanın 572-ci günüdür. Bu ədəddən orjinal  “Quran”ın səhifələrinin sayını (286) çıxsaq, yenə də müqəddəs kitabın rəmzi və Allahın kodlaşdırılmış “möhür”ü sayılan 286 ədədi alınır. Beləliklə, hər iki hadisənin üzərində Allahın “möhürünü” görmüş oluruq:
572 – 286 = 286
3) Elmi-lədun araşdırmalarımız göstərir ki, bu gecə Səngəçalda baş verən partlayış və yanğın hadisəsi Dünyada baş verən ildırım vurmaları ilə də riyazi şəkildə əlaqəlidir. Yadınıza salım ki, keçən il mayın 28-də Dünyanın üç ölkəsində ildırım vurmasından kütləvi insan təlafatı baş verdi. Belə ki, həmin gün Almaniyada futbol meydançasına düşən ildırım 30 nəfərin yanmasına səbəb oldu. Eyni gündə Parisdəki parkların birində doğum günü törənini qeyd edən 11 uşağı da ildırım vurdu. Həmin tarixdə Polşada bir xizəkçini də ildırım vurub öldürdü. Hesablamalarımız göstərir ki, bu gün həmin hadisənin 228-ci günüdür. Bundan da “Quran”ın surələrinin sayını (114) çıxsaq, yenə də müqəddəs kitabın kodu olan 114 ədədi alınır və hadisələrin Allah tərəfindən xüsusi bir nizamla (qanunauyğunluqla) göndərilmiş xəbərdarlıq mesajı olduğunu bir daha təsdiq edir:
228 – 114 = 114
4) Araşdırmalarımız göstərir ki, Səngəçalda bu gecə baş verən  yanğın hadisəsi tək xarici dövlətlərdə baş verən ildırım hadisələri ilə deyil, eyni zamanda Azərbaycandakı ildırım hadisələri ilə də riyazi şəkildə bağlanır. Belə ki, 2014-cü ilin 19 mayında Tovuz rayonunun Qovlar qəsəbəsində bir gecədə üç evə ildırım düşdü. Bu gün həmin hadisənin 972-ci günüdür ki, bundan “Quran” rəmzlərini çıxanda yenə də müqəddəs kitabın kodu  olan 114 ədədi alınır və hadisələrin Allah tərəfindən xəbərdarlıq olduğunu bir daha ortaya qoymuş olur:
 
972 – 286 – 286 – 286 = 114
5) Yadınıza salım ki, keçən il fevralın 3-də Masallının Tükə kəndində yerləşən elektrik yarımstansiyasında yanğın hadisəsi baş verdiyindən böyük bir ərazi (bölgə) bir neçə gün qaranlıqda qaldı (eynən tuneldəkilər kimi). Maraqlıdır ki, Səngəçalda qaz kəmərində yanğın baş verəndə həmin hadisənin 342-ci günü idi. Bundan “Quran”ın surələrinin sayını çıxsaq yenə də müqəddəs kitabın rəmzi alınır:
342 – 114 – 114 = 114
Oxucuları yormamaq üçün hesablamaları çox uzatmırıq. Beş gün qabaq yazdığımız bir məqaləni bu cümlələrlə bitirmişdik:
“Son dövrlər Bakı şəhərində insanlar biri-birlərinə hədsiz zülm etdiklərindən və  pozğun həyat tərzinə meyl etdiklərindən  Allahın qəzəbinə gəlmişlər. Nəticədə gələn bəlalar xəbərdarlıq olaraq  Xəzər dənizinə enməkdədir. Bu səbəbdən də son dövrlər dənizdə soydaşlarımız həyatlarını itirməkdədirlər. Bu ona bənzəyir ki, qarşıdakı günahkarı təslim etmək üçün güllələr əvvəlcə xəbərdarlıq məqsədi ilə onun ayaqları altına, başı üzərinə atılır. Hesablamalarımız göstərir ki, Bakı əhli tövbə edib Haqqa təslim olana qədər  bu cür faciələr intensiv olaraq davam edəcəkdir…”  Bu gecə Səngəçalda baş verən partlayış və yanğın hadisəsi də həmin prosesin davamıdır.
“Allah pisi yaxşıdan (münafiqi mömindən) ayırmaq üçün möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər). Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!” “Quran”,  3:179
Paşa Yaqub,
Yazıçı, psixoterapevt