Ana səhifə / Bölgələr / Zərdab sakinləri Ramil Usubova təşəkkür etdi – Polis rəisinə görə

Zərdab sakinləri Ramil Usubova təşəkkür etdi – Polis rəisinə görə

Zərdab rayonun bir qrup sakini rayon Polis Şöbəsinin rəisi Teymur Hacıyevin müsbət fəaliyyəti ilə bağlı daxili işlər naziri Ramil Usubova təşəkkür edib.

Azinforum.az  həmin müraciəti təqdim edir:

“Müstəqil vətənimiz Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin rəhbərliyi altında ümummilli lider Heydər Əliyevin siyasi xəttinin ardıcıl davam etdirilməsi nəticəsində günbəgün inkişaf edir. Bu, hər sahədə özünü göstərir. Azərbaycan regionun ən sabit dövləti kimi diqqəti cəlb edir.

Hər sahədə olduğu kimi, Daxili İşlər Nazirliyinin strukturlarında da özünü inkişaf göz qabağındadır. Bildiyimiz kimi, cənab İlham Əliyev hər zaman məmurlara sadə vətandaşlarla düzgün davranmağı, onların problemləri ilə dərindən maraqlanmağı tövsiyə edir. Bəzi məmurların işlərinə düzgün yanaşmaması nəticəsində vətəndaşlarda inamsızlıq yaranır. Adətən, vətəndaşlar jurnalistlərə, mətbuata, televiziyaya şikayət üçün müraciət edirlər.

Lakin hələ sadə vətəndaşların hansısa bir mətbuat orqanına hansısa məmurdan razılıq üçün , təşəkkür üçün müraciət etdiyini nə eşitmişdik, nə də görmüşdük. Bir necə ay bundan əvvəl mətbuat vasitəsilə müraciət edərək, Zərdab Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Teymur Hacıyevə öz təşəkkürlərini çatdırıblar.

Müraciətdə bildirilib ki, vətəndaşların polis şöbəsinə etdikləri müraciət və şikayətlərə dərhal baxılır, problem anındaca həll edilir.

“Problemlərin çox qısa zaman ərzində öz həllini tapdığına görə, saytınız vasitəsilə polis polkovniki Teymur Hacıyevə və Daxili İşlər Nazirliyi rəhbərliyinə də öz təşəkkürümüzü bildirik. Polkovnik Teymur Hacıyev rayon polislərinin qarşısına bir məqsəd qoyub – cinayətkarları deyil, cinayəti yox etmək. Polkovnik Teymur Hacıyev məsələlərə doğru müstəvidə yanaşaraq, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarına hörmət və ehtiram göstərilməsinə nail olub. Vaxtilə rayonda gənclər arasında tüğyan edən narkomaniya halları əsaslı dərəcədə azalıb. Cənab polkovnik zərərli vərdişlərə aludə olan gənclərin ailələri ilə şəxsən görüşür və valideynlərin də yardımından istifadə edərək, onların sağlam həyata qayıtmasına yardım edir. Cənab rəis bu məsələdə rayon ziyalılarının, fəallarının yardımından faydalanır. Elə buna görə də polkovnik Teymur Hacıyevin adı hər bir Zərdab ailəsində razılıqla çəkilir”.

Zərdab sakinləri onu da bildirirlər ki, polis rəisin şəffaf fəaliyyəti və sadə insanlardan məsləhət alması nəticəsində rayonda cinayət faktları xeyli dərəcədə azalıb.

“Zərdab Poliş Şöbəsinin rəsinin kabinetinin qapıları həmişə sadə vətəndaşların üzünə açıqdır. Kimin nə şikayəti, nə dərdi varsa, ərklə rəisin birbaşa özünə deyə bilir. Polkovnik Teymur Hacıyevin qəbul günləri yoxdur, bir dərdi, bir şikayəti olan vətəndaş istədiyi zaman rəislə görüşə bilər”,- deyən ağsaqqallar bildiriblər ki , “Polkovnik Teymur Hacıyev bizə tək rəis deyil, bir qardaşdır, dostdur, sirdaşdır. Biz birlikdə gəncləri yaşaya biləcəkləri faciələrdən qorumağa çalışırıq. Əminik ki, tezliklə Zərdabda nə cinayət qalacaq, nə cinayətkar. Polis və xalq əlbir olanda, birlikdə fəaliyyət göstərəndə cinayətkarlığı məğlub etmək də mümkün olur. Artıq Zərdab bütün rayonlar üçün bir nümunə sayıla bilər. Bizim polis rəisimiz hər dəfə bəyan edir ki, “mən sizin xidmətçinizəm, sizə kömək üçün buradayam, sizlərdən biriyəm”.

Məhz belə yanaşma nəticəsində Zərdab rayonunun adı cinayətin ən az işlədildiyi bölgə kimi hallanır. Biz, cənab Prezident İlham Əliyevə, cənab nazir Ramil Usubova belə bir təyinata görə təşəkkürümüzü bildirik və onu da vurğulamağı özümüzə borc bilirik ki, Zərdabdan arxayın olun, bu rayonda dövləti polkovnik Teymur Hacıyev kimi vicdanlı, dürüst və işləməyi bacaran şəxslər təmsil edir”.

Gəlin Teymur Hacıyevin qısamüddətli rəis təyinatında gördüyü işlərin bir qisminə nəzər salaq.

Teymur Hacıyev bu vəzifəyə təyin olunduqdan sonra bir sıra cinayətkar dəstələr (narkotik maddələrin qanunsuz satışı ilə məşğul olan dəstə ifşa edilib), narkotik maddələrin qanunsuz alqı-satqısı məşğul olan şəxslər zərərsizləşdirilib.

Eyni zamanda, Zərdab rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində rayon sakini Seymur Elman oğlu Eyvazovun həmyerlisi Rac Məhəmməd oğlu Atayevə 10 manata satdığı 0,16 qram qurudulmuş marixuana götürülüb. S.Eyvazovda isə R.Atayevin narkotik vasitəni almaq üçün ona verdiyi pul əskinaslarının bir qismi aşkarlanıb. Daha sonra S.Eyvazovun həmin narkotik vasitəni həmyerlisi Elçin Ağasəlim oğlu Səfərovdan (QARA-ləqəbli) aldığı müəyyənləşib. İkincinin Zərdab şəhəri, A.Mustafayev küçəsi, 29 ünvanındakı evinə baxış zamanı 15 ədəd satış üçün bükümlərə bölünmüş 9,32 qram qurudulmuş marixuana, üzərindən isə S.Eyvazovun narkotik vasitəni almaq üçün ona verdiyi pulun bir qismi götürülüb.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, E.Səfərova(Qara) həmin narkotik vasitəni Yevlax şəhər sakini Ramil Tofiq oğlu Hüseynov satıb.

Onun üzərindən E.Səfərova əlavə satmaq üçün gətirdiyi 4 ədəd kibrit qutusunda qablaşdırılmış 32,16 qram qurudulmuş marixuana götürülüb. R.Hüseyinov uzun illər Yevlax-Zərdab marşurutu üzrə Zərdaba narkotika daşıyıb.Ona isə narkotik vasitəni Yevlax rayon sakini Əfqan Məzahir oğlu Məmmədovun satdığı məlum olub.Onların hamısı şübhəli şəxs qismində saxlanılıb, cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Faktla bağlı istintaq aparılır.

Onu da qeyd etmək lazımdır ki, uzun illər Zərdabada narkotika alveri edən Elcin Səferov Teymur Hacıyev tərəfindən zərərsizləşdirilib.

Bunlar Teymur Hacıyevin rəislik dövründə gördüyü işlərin qısa xronikasıdır. Onun ən böyük uğuru isə elin sevgisini qazanmasıdır. Qısa vaxt ərzində rayonun daxili sabitliyi, cinəyatkarlıqla mübarizəsi, səmimiliyi, insanpərvərliyi, elin dilindən anlamağı, böyük – kiçik yeri bilməyi, əsl vətəndaşlığı ilə seçilən Teymur Hacıyevə işlərində uğur arzulayırıq.

Elin gözü tərəzidir deyib, atalar. Teymur Hacıyevə bu gün el ağsaqqalları öz qiymətini verib, bizdən isə onun kimi məmurların sayının çox olmasını, göstərilən etimadın doğruldanların sonsuz sayda olmasını arzulamaq qalır. Temur Hacıyevin timsalında Var olsun vətənimin mərd, vətənpərvər, ədalətli oğulları!

Tural Abdullazadə
Zalov Elşən
Fərid İbrahimli
Vüqar Rüstəmov
Ramin Rəhimov”

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …