Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / Valideynlə dalaşan direktor hansı məmurun xanımıdır? – VİDEO

Valideynlə dalaşan direktor hansı məmurun xanımıdır? – VİDEO

Məktəb direktoru ilə valideynin əlbəyaxa davası və saçyoldusu Gəncədə yerləşən 10 saylı orta məktəbdə baş verib.

Bu barədə Axar.az-a adının açıqlanmasını istəməyən mənbədən bildirilib.

Videoda bir-birinin saçını yolan qadınların hansı səbəbdən dava etməsi məlum deyil. Əldə etdiyimiz məlumata görə, həmin məktəbin direktoru Arzu Əliyevadır. Onun haqqında internet resurslarında kifayət qədər neqativ informasiyalara rast gəlinir. Məktəb direktorunun hətta öz katibəsi Təhminə xanımla da əlbəyaxa olması barədə ötən il məlumat yayılıb.

Arzu Əliyeva ilə bağlı xəbərlər bununla da bitmir. Bir müddət əvvəl onun adı rüşvət qalmaqalında çəkilib və işçiləri pul müqabiləndə işə götürdüyü iddia edilib. Direktor isə mediaya açıqlamasında bu ittihamları rədd edib.

A.Əliyeva ilə bağlı daha bir maraqlı fakt isə onun Samux rayon icra başçısının təsərrüfat məsələləri üzrə müavini Qəzənfər Əliyevin həyat yoldaşı olmasıdır.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə məktəb direktoru ilə valideynin əlbəyaxa davasını əks etdirən video yayılıb. Sözügedən olay ictimaiyyətdə böyük narazılıq və tənqidlə qarşılanıb.

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …