Ana səhifə / Bölgələr / Şabranın başçısı balıq vətəgəsinə girişib – FOTOLAR

Şabranın başçısı balıq vətəgəsinə girişib – FOTOLAR

Şabranın icra başçısı Novruz Novruzov Xırdaoymaq kəndində balıq vətəgəsi yaradıb.

AzEuroNews.com-a daxil olan xəbərə görə, rayonda torpaqları qarış-qarış satan və mənimsəyən icra başçısı sərvətini böyüdür.

N.Novruzovun adıçəkilən kənddə süni göl tikdirdiyi və balıq təsərrüfatı biznesi ilə məşğul olduğu bildirilir.

Şabranın başçısı balıq vətəgəsinə girişib

Rayonda əsas söz sahiblərindən birinin də deputat İlham Əliyevin olduğunu deyən sakinlərin sözlərinə görə, Şabranda torpaqların bölüşdürülməsi, satışında onun da rolu böyükdür.

Hazırda isə Şabranın icra başçısı əksər pay torpaqlarını da sataraq tikinti aparılmasına şərait yaradıb.

Rayonda kifayət qədər mülkiyyət, torpaq mübahisələri var və İH-nin, bələdiyyələrin yaratdığı problemlər vətəndaşları məhkəmə çəkişmələrində üz-üzə qoyub.

Şabranın başçısı balıq vətəgəsinə girişib

N.Novruzov bir vaxtlar rayonun Udulu deyilən ərazisində yüz hektarlarla torpaq sahələrini icarəyə götürüb qoyunçuluq təsərrüfatları yaratmışdı.

Hmçinin, icra başçısı Kənd Təsərrüfatı Nazirliyinin balansında olan Şabran camışçılıq təsərrüfatının nəzdindəki torpaqlarda yüzlərlə camış, inək saxlayır.

Əslən lerikli olan icra başçısının təsərrüfat biznesinə olduqca böyük həvəsi var.

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …