Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / Rusiyada 5 milyon dolar “atdı”, gəlib Qubada icra başçısının müavini oldu

Rusiyada 5 milyon dolar “atdı”, gəlib Qubada icra başçısının müavini oldu

Quba sakinlərindən prezidentə şok müraciət: “Nəsrulla Vəliyev icra başçıs Yaşar Məmmədova və özünə kapital toplamaqla məşğul olur”

Quba rayonunun bir qrup sakini tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər Quba rayon icra başçıs Yaşar Məmmədovun təsərrüfat işləri üzrə müavini Nəsrulla Vəliyevdən şikayətçidir:

“Biz prezident İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan tədbir görmələrini xahiş edirik. Quba rayon icra başçıs Yaşar Məmmədovun təsərrüfat işləri üzrə müavini Nəsrulla Vəliyev rayonun bütün torpaqlarını satıb talan edib. O, icra başçıs Yaşar Məmmədova və özünə kapital toplamaqla məşğul olur. Nəticə isə göz qarşısındadır. Rayon camaatı bu iki korrupsionerin qanunsuz əməllərindən cana yığılıb. Nəsrulla Vəliyev əslində bazar alverçisi olub, onun indi belə bir dövlət vəzifəsində işləməsi rayon sakinlərinə baha başa gəlib.

Quba rayon icra başçısının təsərrüfat işləri üzrə müavini Nəsrulla Vəliyev Azərbaycan müstəqilliyini bərpa edən ilk dövrlərdə Rusiya Fedreasiyasında bizneslə məşğul olub. Fəaliyyəti sahəsinə kriminal aləmdə tanınan şəxslərlə tanışlıq, müxtəlif “razborkalar”da iştirak da daxıldir. Bu da Perm vilayətində “Edik” kimi tanınan qardaşı Eynullanın kriminal keçmişi ilə bağlıdır. Rusiyada “biznes” fəaliyyəti zamanı  Nəsrulla Vəliyevi küt alətlə vuraraq zibil yeşiyinə atırlar. Uzun müddət axtarıldıqdan sonra zibillikdən təsadüfən sağ tapılır. Ağır kontuziya alan Nəsrulla Vəliyev və qardaşı Eynulla Permdə bizneslə məşqul olan iş adamına 5 milyon dollar pul “ataraq” Rusiyadan Azərbaycana qaçırlar.

Azərbaycana qayıtdıqdan sonra Nəsrulla Vəliyev həyatda qalmağını dövlət işi ilə bağlayıb. Belə ki, o, öncə Quba rayonu  Vəl-vələ kənd icra nümayəndəsi, 2010-cu ildə Quba şəhəri üzrə nümayəndəsi, daha sonra icra başçısının müavini vəzifəsinə təyin edilir.

Hazırda Nəsrulla Vəliyevin kurasiyasında – Quba şəhərinin abadlaşdırılmasına nəzarət, sahibkarların örüşlərlə təmin edilməsi və bu sahəyə nəzarət daxildir.

Ötən ilin sonlarında intihar edərək dünyasını dəyişən Quba rayonu Xınalıq kənd icra nümayəndəsi Fizuli Şərifovun ölümündə də Nəsrullanın adı hallanmaqdadır. Nəsrulla Vəliyev  örüş sahələrini əhatə edən ərazilərin icra nümayəndələri tərəfindən qışlaqdan qayıdan mal-qoyun sürüsü sahiblərindən hər il icra başçısınına haqq toplayır. Həmin tapşırığı təmin etməli olan mərhum Fizuli Şərifov 70 000 manat ziyana düşür. Nəsrulla Vəliyev mərhum Fizuli Şərifova banklardan kredit almağı tövsiyə edir və bütün icra nümayəndələrinə bank müqavilələrində zamin durmağı tapşırır. Ölümündən bir müddət əvvəl mərhum Fizuli Şərifov Vladimirovka kəndində yaşayan bacanağının qonşusu, məktəbdə xadimə işləyən Rafinad Məmmədovanın adına kredit alıb, zamini də Quba rayonu Tüləkərən kənd icra nümayəndəsi Oqtay İsayev olub. Ölümündən sonra isə, alınmış kredit borcu xadimənin adında olduğuna görə, elə xadimənin əmək haqqından tutulur.

Hazırda Quba rayonu ərazisində, eləcə də Hacıqabul və bir neçə başqa rayonunda Qubaya aid olan örüş sahələri Nəsrulla Vəliyevin tapşırığı ilə sıxışdırılaraq yerli sakinlərdən alınır. Proses yerli sahibkarlardan hektarına 500 manat illik rüşvət tələb edilməsi ilə başlanıldı. Buna razı olmadıqları üçün icarə müqavilələri ləğv edilərək həmin torpaqlar imkanlı şəxslərə satılır.

Quba rayonu ərazisində örüş sahələrinin əksəriyyyəti isə əslən Qubalı olmayan iş adamı “Sədərək” Ticarət Mərkəzinin sahibi  Yusif Qədimbəyliyə satılıb. Nəsrulla Vəliyev kimi tamahkara görə iş adamı Yusif Qədimbəyli Qubada böyük bir biznes imperiyasına sahib olub. Qubada fəaliyyət göstərən Xəyal televiziyası da ona məxsusdur.

Aqrar islahat zamanı Səməd Vurğun adına sovxozdan qalan çoxlu yerləri saxtakarlıqla özəlləşdirib. Hazırda Vəl-vələ kəndi ərazisində Nəsrulla Vəliyevə aid daş karyeri, “Qoşa bulaq” istirahət mərkəzi və meyvə tərəvəz saxlanılması üçün soyuducu anbar fəaliyyətdədir. Bundan əlavə, Nəsrulla Vəliyevə məxsus  Şabran rayon istiqamətində olan meyvə bağları, mal-qara sürüsü var ki, bütün bunlara nəzarəti qardaşı Eynulla həyata keçirir.

 

Son 4-5 ildə Nəsrulla Vəliyevin daşınmaz əmlaknın sayı da xeyli artıb. Belə ki, təkcə Quba şəhəri ərazisində 4 mənzili var. Bütün mənzilləri qohumlarının adına rəsmiləşdirilib. Həmin mənzillər Quba şəhəri Vaqif küçəsində, SAF Konserv zavodu ətrafındakı küçədə, Nügədi yolunda, Lisey yaxınlığında yerləşir. Həmin mənzillərin hamısı hazırda kirayədədir.

Nəsrulla Vəliyevin şəxsi həyatı da qalmaqallarla müşahidə edilir. Əldə etdiyimiz məlumatlara görə, Nəsrulla Vəliyevin  Rusiyada qeyri-rəsmi nikahdan 2 oğlu dünyaya gəlib və hazırda Perm vilayətində yaşayır. Qubada da Nəsrulla Vəliyevin şəxsi həyatı hay-küysüz ötüşməyib…(Məktubda bu haqda yazılanları müəyyən səbəblərdən çıxarmaq məcburiyyətindəyik. Bununla belə, deyilənlərlə bağlı araşdırma aparırıq, həmin informasiyalar təsdiqini tapsa, növbəti saylarımızda daha ətraflı açıqlama verəcəyik. – red.).

Quba rayon camaatının baş ağrısına çevrilən  Nəsrulla Vəliyevin qanunsuz əməllərinin araşdırılıb, onun barəsində ciddi tədbir görülməsini prezident İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirik”.

Qeyd edək ki, məktuba aşağıda adları çəkilən sakinlər imza atıb:

Teymurova Həbibə Sabir qızı

Soltanova Raya Qeybulla qızı

Əliyev Cəlil Nurulla oğlu

Ömərov Bəkir Kamal oğlu

Ramazanov Cahangir Bayram oğlu

RƏŞAD, Hurriyyet.org

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …