Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Qusar sakini üçəm dünyaya gətirdi – Foto

Qusar sakini üçəm dünyaya gətirdi – Foto

Qusar rayon sakini Şəhla Əmirəliyevanın üçəm körpələri dünyaya gəlib. Körpələrdən ikisi qız, biri oğlandır.

“Qafqazinfo” xəbər verir ki, Quba Regional Perinatal Mərkəzin direktoru Şəhla Həsənova AZƏRTAC-a bildirilib ki, vaxtında əvvəl doğulan uşaqlara müvafiq tibbi yardım göstərilməsi üçün mərkəzin səyyar qrupu gecə saatlarında Qusar Rayon Mərkəzi Xəstəxanasına ezam olunub. Körpələr Qubaya gətirilib.

Yeni doğulan körpələr bir sutka küvezdə saxlanılıb. Hazırda gənc ananın və uşaqların vəziyyəti kafidir. Bu, Şəhla Əmirəliyevanın ilk hamiləliyi olub.

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …