Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / Qazaxlı şairənin azadlıq mücahidləri haqqında yeni kitabının təqdimatı keçirilib

Qazaxlı şairənin azadlıq mücahidləri haqqında yeni kitabının təqdimatı keçirilib

Ramilə Haqqı ədəbiyyata yeni gəlsə də, öz dəsti-xətti ilə seçilən şairlərdəndir. Onun torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın göstərdikləri igidliklərdən bəhs edən çoxlu sayda şerləri oxucular tərəfindən həmişə maraqla qarşılanır.
Qazax rayonunun Daş Salahlı kəndində dünyay göz açan Ramilə Haqqının (Əfəndiyeva) “Mənə ürəyindən bir ovuc qar ver” yeni şerlər kitabı da geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. Böyüyüb boya-başa çatdığı kənddə, təhsil aldığı A.Əmirov adına 1 nömrəli orta məktəbdə keçirilən təqdimat mərasimində çıxış edənlər kitabdakı şerlərin ürək yanğısı ilə, Vətən məhəbbəti ilə yazıldığını qeyd etmiş, Ramiləyə bundan sonrakı yaradıcılığında da uğurlar arzulamışlar.

Tədbiri məktəbin direktoru Söylü Xəlilova açdıqdan sonra Vətən yolunda, onun azadlığı uğrunda canlarından keçən qəhrəman övladlarımızın, eləcə də dünyasını dəyişmiş saz və söz ustadlarının ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra R. Haqqını yaxından tanıyan müəllimlərin və sinif yoldaşlarının ürək sözləri dinlənilmişdir.
Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, şair Barat Vüsal, eləcə də şairənin qələm yoldaşları çıxış edərək gənc şairənin Vətən haqqında, şəhidlər haqqında yazdığı şerləri yüksək dəyərləndirdilər.
Vaxtilə Ramiləyə dərs demiş 1 nömrəli orta məktəbin müəllimlərindən Nazı Paşayeva, Şükufə Səhlədarqızı və başqaları tədbirdə çıxış edərək Ramilənin məktəb illərini, eləcə də onun kiçik yaşlarından şerə, sənətə necə maraq göstərməsini diqqətə çatdırmışlar.

Axırda gənc şairə Ramilə Haqqı onun yaradıcılığına dəyər verən məktəb rəhbərliyinə və təqdimat mərasiminin iştirakçılarına minnətdarlığını bildirmişdir. Tədbirdə məktəb şagirdlərinin ifasında kitabdan şer nümunələri səsləndirilmişdir.

Azinforum.az

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …