Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Prezident xalqın içində, Ağstafa icra başçısı kabinetindən çıxmır – Faktlar

Prezident xalqın içində, Ağstafa icra başçısı kabinetindən çıxmır – Faktlar

Prezident İlham Əliyev qapı-qapı, ev-ev, kənd-kənd gəzərək vətəndaşlarla görüşdüyü halda Ağstafanın icra başçısı Məhərrəm Quliyev isə isti kabinetindən çıxmır.

Reportyor.info-ya verilən xəbərə görə, Ağstafa sakinləri nə icra başçısının qəbuluna düşə bilir, nə M.Quliyev onların ayağına gedir. Vətəndaşlar problemlərini söyləmək üçün dövlət başçısını Şamaxı, Beyləqandan sonra Ağstafaya dəvət edirlər.

Onların sözlərinə görə, rayon rəhbəri prezident tərəfindən təyin olunub və ona camaatla işləmək tapşırılıb. Lakin icra başçısı ölkə başçısının təlimatına uyğun fəaliyyət göstərmir.

Bunu təkcə sakinlər yox, Hesablama Palatasının Ağstafa Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin xərclənməsində şəffaflığın təminatı ilə bağlı araşdırmaları da təsdiqləyir.

Ötən il də dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməyən 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi tapşırılmışdı.

Həmin vaxt icra başçısı Məhərrəm Quliyev özünün 1-ci müavini Ramiz Tatarovu “qurban” vermək bahasına kreslosunu qorumağa nail olmuşdu.

Belə ki, aşkarlanan qanunsuzluqlara və nöqsanlara görə məhz Ramiz Tatarova rəsmi xəbərdarlıq edilmişdi. Bu isə o deməkdir ki, icra başçısı üzə çıxarılan korrupsiya faktlarının məsuliyyətini 1-ci müavinin üzərinə yükləməyi bacarmışdı.

Sakinlər şikayətlənirlər ki, Ağstafa başçısı Məhərrəm Quliyev həftənin birinci və ikinci günləri rayonda, digər vaxtlarda Bakıda özünün biznesinin başında olur.

Ağstafalılar dövlət başçısını rayona çağıraraq yerindəcə vəziyyətlə tanış olmağı təklif edir, M.Quliyevin heç bir iş görmədiyini, bu bölgəni inkişafdan saxladığını gözləri ilə görməyə dəvət edir.

Rayonda abadlı-quruculuq yox, işsizlik, sahibkarlıq mühiti boğulub, ayrılan pullar isə başçıya yaxın “Turan- İnşaat” MMC, «Tamerlan-R» MMC vasitəsi ilə “yuyurlar”.

Reportyor.info-ya verilən xəbərə görə,yerli camaat Ağstafa RİH-nin laqeydliyindən beziblər.

Onların şikayətlərinə baxılmır, Bakıya saysız-hesabsız məktublar göndərilir, əhalinin torpaq, işsizlik, sosial məsələləri yada düşmür. Fermerlər və əkinçilər də cana doyub.

Ağstafanın icra başçısı torpaqları varlılara peşkəş edib.M.Quliyev 5 ildir torpağın əkib becərə bilməyən kəndliləri ağır vəziyyətə salıb. İcra başçısı onları vecinə də almır. Bu da Ağstafada etiraz aksiyası ilə nəticələnə bilər.

Bu problemlər girdabında giriftar olan əhalini qəzəbləndirən harınlıq hadisəsi isə bir müddət əvvəl çəkilmiş görüntülərdə icra başçısı Məhərrəm Quliyevin 05-AA-001 dövlət nömrə nişanlı xidməti avtomobili ilə qanunən saatda 110 km/saat sürət həddi olan yolda 180-200-lə hərəkət etdiyi əksini tapmışdı.

Xatırladaq ki, Zeynal Nağdəliyev 2003-cü ildə Lənkəran şəhər icra hakimiyyətinin başçısı təyin edildikdən sonra Məhhərəm Quliyev icra başçısının müavini, Prezident Administrasiyasının şöbə müdiri təyin edildikdən sonra Məhərrəm Quliyev də həmin şöbənin baş məsləhətçisi olub.

Onun Ağsatafa rayon icra hakimiyyətinin başçısı təyin edilməsinin arxasında birbaşa Zeynal Nağdəliyevin dayanması ilə bağlı iddialar var.

Bunu da demək yerinə düşər ki, Hesablama Palatasının 2014-cü il üzrə hesabatında da Ağstafa Rayon İcra Hakimiyyətinin korrupsiyası ifşa edilmişdi.

Hesablama Palatası 2015-ci il üzrə hesabatında yenə Ağstafa rayonunda korrupsiya hallarının aşkarlandığını göstərib.

Məlum olub ki, Məhərrəm Quliyevin rəhbərlik etdiyi rayonda büdcə vəsaitlərinin təyinatı üzrə, səmərəli xərclənməsi ilə bağlı problemlər nəinki həllini tapıb, hətta daha da dərinləşib.

Aşkarlanan korrupsiya faktları ilə bağlı Ağstafa RİH-in 2 işçisi tutduğu vəzifədən uzaqlaşdırılıb, 4 işçiyə töhmət verilib, 3 işçiyə xəbərdarlıq edilib.

Yəni yerli icra hakimiyyətindəki qanunsuzluqların məsuliyyəti bu dəfə də digər işçilərin üzərində qalıb, icra başçısına isə “gözün üstə qaşın var” deyən tapılmayıb.

Belə görünür ki, M.Quliyev hər dəfə “günah keçisi” taparaq özünü “sudan quru” çıxarmağa çalışıb. İcra başçısının korrupsiya qurbanı seçdiyi çinovniklər olsa-olsa, icra başçısının postunu qoruyub-saxlamağa yarayırlar, nəinki rayonda büdcə vəsaitləri ilə şəffaf və effektiv davranılmasına…

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …