Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr /  Naxçıvan televiziyasının yeni filmi:  “Naxçıvan geyimləri”-VİDEO

 Naxçıvan televiziyasının yeni filmi:  “Naxçıvan geyimləri”-VİDEO

Milli geyimlərimiz böyük tarixi və milli dəyərlərə malik bir xalqın kimliyinin göstəricilərindən biri kimi milliyyətindən asılı olmayaraq zamanla hər kəsi özünə valeh edib. Zəngin tariximizə uzanan körpü rolunu oynayıb. Günümüzdə milli geyimlər tariximizin, milliliyimizin təcəssümü olan dəyərli xəzinə kimi qorunaraq yaşadılır.    Müəllif Proqramları və Xüsusi Layihələr Redaksiyasının kollektivi də bu xəzinədən yararlanaraq iki hissəli “Naxçıvan geyimləri” adlı filmi ərsəyə gətiriblər. Mütəxəssislərin və muxtar respublikanın yaşlı sakinlərinin köməyi ilə çəkilən filmin əsas məqsədi milli geyim nümunələrimizi tanıtmaq və təbliğ etməkdir. Filmin ssenari müəllifi Ruhiyyə Rəsulova, rejissoru Mirağa Seyidovdur.

 

https://www.youtube.com/watch?v=MYhoWX2Airw

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …