Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda orduda yeni tədris dövrü başladı – VİDEO

Naxçıvanda orduda yeni tədris dövrü başladı – VİDEO

Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən verilən məlumata görə, ötən həftə Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində yeni tədris dövrü başlayıb.

Naxçıvan Muxtar Respublikasının ərazisində dislokasiya olunmuş bölmələr döyüş hazırlığı üzrə sutkanın gecə və gündüz vaxtlarında həyəcan siqnalı ilə məşq etdirilib.

Şəxsi heyətin praktiki vərdişlərinin, komandirlərin bölmələri idarəetmə bacarıqlarının və bölmələrin uzlaşmış fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi ilə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə praktiki təlim və məşğələlərin keçirilməsinə başlanılıb.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …