Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda 400 nəfər dövlət qulluqçusu olmaq şansını qazanıb

Naxçıvanda 400 nəfər dövlət qulluqçusu olmaq şansını qazanıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatların üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş imtahanların müsabiqə mərhələsi başa çatıb.

Bu mərhələdə 388 nəfər müvafiq keçid balını toplayıb. Hazırda isə müsahibə mərhələsində namizədlərin iştirakı üçün sənəd qəbulu davam edir.
Naxcivantv.az xəbər verir ki, 12 iyul 2017-ci il tarixdə elan olnunan müsabiqəyə 642 vakant vəzifə çıxarılmış və həmin vəzifələrin tutulması üçün 744 nəfər sənəd təqdim edib, bu da keçirilən müsabiqələrin tarixində ən yüksək göstəricidir.
Komissiyanın sektor müdiri Türkan Gülməmmədli bildirib ki, vakant vəzifələrlə bağlı ən yüksək müsabiqə vəziyyəti Maliyyə Nazirliyi 62 müraciət, Təhsil Nazirliyi 55 müraciət və Mərkəzi Seçki Komissiyası 52 müraciət üzrə qeydə alınıb.
“11-29 sentyabr 2017-ci il tarixlərdə müsabiqənin test mərhələləri keçirilib və 388 nəfər müvafiq keçid balını toplayıb. Hazırda müsahibə mərhələsində namizədlərin iştirakı üçün sənəd qəbulu davam edir. Sənəd qəbulu başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq 30 gün ərzində müsabiqənin müsahibə mərhələsi keçiriləcək”.
Müsahibə zamanı namizədin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, vakant vəzifə üçün zəruri keyfiyyətləri yoxlanılır və qiymətləndirilir ki, 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.

Azinforum.az

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …