Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / Kimdir günahkar-İcra hakimiyyəti, yoxsa nazirlik?! – Ağstafada abidələr məhv olur… – VİDEO

Kimdir günahkar-İcra hakimiyyəti, yoxsa nazirlik?! – Ağstafada abidələr məhv olur… – VİDEO

Heç təsadüfi deyil ki, aprelin 18-i dünyada Abidələrin və Tarixi Yerlərin Beynəlxalq Mühafizəsi Günü  kimi qeyd olunur.

Ölkəmizin tarixi qədimdir. Bunu respublikamızın ərazisində olan qədim yaşayış məskənləri, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatmış qiymətli abidələr də aydın göstərir.

Xalqımızın keçmişini özündə yaşadan bu mənəvi dəyərlər hələ də açılmamış sirlərlə doludur. Bununla belə həmin arxeoloji və memarlıq abidələrinin tədqiqi göstərir ki, bəşər sivilizasiyasının inkişafında xalqımızın da böyük xidmətləri olub. Bu abidələri qorumaq, nəsillərdən-nəsillərə çatdırmaq bizim vəzifə borcumuzdur.

Amma Ağstafa rayonunun Kəsəmən kəndində vəziyyət olduqca ağırdır. Belə ki,

kənddəki tarixi abidə hesab edilən qala, həmçinin XVİİ-XVİİİ əsrə aid olan məscid  və digərləri baxımsız qaldığından məhv olub getmək üzrədir.

Əlbəttə, sözügedən rayon və kəndlərə rəhbərlik edən başçı bütün problemləri həll etməli,  həm yerli camaatın, həm də mədəniyyətimizin qayğısına qalmalıdır. Ağstafa rayon icra başçısı isə nədənsə üzərinə düşən vəzifələrə məsuliyyətsizcinə yanaşır.

Məsələ ilə bağlı Ağstafa rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Başçının köməkçisi Naqif Mehdiyevin əməkdaşımızı sonadək dinləməsinə baxmayaraq, bizi  müavin – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubovaya yönəltdi. Lalə xanım da problemin həllini başqa bir idarənin – “Regional Mədəniyyət şöbəsi” üstünə atdı. Sözügedən idarənin rəhbərliyi  də çox güman ki, məsələdən xəbərdar oldu deyə, ənglərimizi cavabsız qoydu. Belə olan halda, icra hakimiyyətinin şöbə müdiri-baş memar Sənan Mustafayevin də münasibətini öyrəndik:

Bu dəfə  Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxladıq. Saxladıq ki, görək məmurların xalqın problemini bir-birirnin boynuna atması məsələsi harada bitəcək.

Əlaqə zamanı nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovu çox çətinliklə də olsa, məsələdən agah etdik. Qəribə halla rastlaşdıq. Mətbuat xidməti cənab prezident İlham Əliyevin 2014-cü ildəki sərəncamından bixəbər olduğunu bildirdi. Daha əlavə şərhə ehtiyac qalmadı…

Bir sözlə, Kəsəmən kəndindəki qalaların sirri lap “Bir qalanın” sirri filmini xatırlatdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 il əvvəl – yəni 2014-cü ildə  Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalamışdı. Sərəncamda bildirilmişdi ki, tarixi abidələrin bərpası və qorunması, yeni mədəniyyət obyektlərinin tikintisi üçün Ağstafa Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat ayrılsın.

Amma 2 milyon manatdan əsər-əlamət yoxdur. Belə ki,  4 il ərzində Ağstafa rayonundakı tarixi abidələrə ayrılmış maddi vəsaitdən heç nə xərclənməyib.

Daha doğrusu, Kəsəmən kəndindəki tarixi abidə hesab edilən qala, həmçinin XVİİ-XVİİİ əsrə aid olan məscid  və digər məkanlarçün nəzərdə tutulmuş maliyyə vəsaitinin kimlərin cibinə axıdıldığı sual altındadır.

https://www.youtube.com/watch?v=CHylupmN9A4

Könül AYPARA

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …