Ana səhifə / Bölgələr / İsmayıllı rayon sakini icra başçısını ifşa etdi – VİDEO

İsmayıllı rayon sakini icra başçısını ifşa etdi – VİDEO

Bir müddətdir mediada tirajlanan və məsələnin həll edilməsi əvəzinə vətəndaşların təqib edilməsi qalmaqalı böyüməkdədir. Qərbi Azərbaycandan 1988-ci il köç edərək İsmayıllı rayon ərazisində məskunlaşmış sakinlərlə bağlı yaranan qalmaqal səngimək bilmir. Mirdaməd Sadıqovun sakinlərə işlətdiyi “Ermənistandan gəlmisiz orada qayıdıb gedin” ifadəsi olayları dahada atəşləndirib. İsmayıllı rayon kəndlərində ermənistandan köç edərək ryonda məskunlaşan şəxslərə qarşı laqeyd münasibət göstərildiyin dilə gətirən şəxslərə qarşı təhqiramiz ifadələr işlədilməkdədir. Hacı Məmmədovun milliyyətçə kürd olduğun və Hacı deyil “HAJO” deyə icra nümayəndəsinin media orqanına göndərdiyi məktubunda yer alan ifadə bunu təsdiq etməkdədir. 80-90 yaşı olan Hacı Məmmədova qarşı bu cür lağlağı ifadələrlə ifadə işlədən Mirdaməd Sadıqovun sözçüsü Azər bədəlovun media qurumlarından birinə münasibətimiz deyə göndərdiyi məktubunda qeyd edilməkdədir.

Bu günlərdə İsmayıllı rayon icra başçısının gündəmi zəbt edən qalmaqalı ifadələri ilə yanaşıda tam başqa formatda olan video paylaşımlara rast gəldik. Belə ki, vətəndaş öz mobil telefonu ilə şikayətini işıqlandıraraq sosial mediada paylaşıb. İsmayıllı rayon sakini 1972-ci il təvəlüdlü Cəfərov Əmrah qeyd edib ki, Mirdaməd Sadıqovun onu hansısa səbəblərdən təqib etməsi ilə bağlı söhbət açıb. Bu günlərdə məhz bu video şikayətlərin durmadan geniş şəkildə paylaşılması və bu videoda danışan şəxslərin İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tərəfindən verilən əmr əsasında təqib edilərək ləkələyici ifadələrlə xarakterizə edilməsi cəmiyyət tərəfindən birmənalı olaraq qəbul edilməməkdədir.

İsmayıllı rayon sakini icra başçısı Mirdaməd Sadıqovu ifşa faktları – VİDEO

Res tv kanalının əməkdaşının Hacı Məmmədov adlı ağsaqqalın ifadələri yayımlayıb. Bu videonun içtimailəşməsindən sonra jurnalistə təzyiqlər edilərək Bakı şəhərində polisə çağrılması ilə bağlı redaksiyamıza məlumat verilib. Asim Qasımovun RES TV kanalı olaraq aldığı müsahibənin cəzasını vermək üçün M.Sadıqov vətəndaşın qohumlarından dövlət qurumlarında işləyən şəxslərə tapşırıq verərək jurnalisti hədəf seçdirib. Belə ki, həmkar saytımızda aldığımız məlumata görə, bu gün günün birinci yarısında onlara zəng edən A.Qasımov qeyd edib ki polis orqanına çağrılıb və Hacı Məmmədovun guya ağıl yetməməzliyindən əziyyət çəkdiyin təsdiq edən sənət RPŞ-da ona təqdim edilib. Hansı polis orqanına çağırılması ilə bağlı verilən sualdan sonra telefonunu bağlayan jurnalist göründüyü qədər çox böyük təzyiqlərlə üz-üzədir. Jurnalisti redaksiyaya dəvət edən həmkar sayt rəhbəri gəlib məsələni üz-üzə danışılması və bununla bağlı müsahibə verməsini istəsədə A.Qasımov gələ bilməyəcəyini qeyd edərək telefonunu söndürüb. H.Məmmədov barəsində xəstəlik arayışı məsələsinə gəldikdə isə Hacının tam ağlının normal idarə olunması və dediyi fikirlərində səlis ifadələridə deyilənlərin yalan olduğunu təsdiq edir.

M.Sadıqovun Hacı Məmmədovu ağılsız olaraq elan etmək niyyəti nədən xəbər verir…?

Məsələ diqqətimizdədir. Bizi izləməyi unutmayın…

RealMedia.az

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …