Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / Goranboyda güclü yağış nəqliyyatın hərəkətini pozub – FOTO

Goranboyda güclü yağış nəqliyyatın hərəkətini pozub – FOTO

Goranboy rayonunda sel suları nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Güclü yağış, əsasən Goran dairəsi adlanan ərazidən Naftalan, Tərtər, Bərdə və digər rayonlar istiqamətində olan yollarda problemə səbəb olub.

Yağışdan sonra Goran ərazisindəki körpünün ətrafında gediş-gəliş iflic olub. Bəzi sürücülər mühərrikin sıradan çıxmasından ehtiyatlanaraq, sel sularının olduğu yoldan geri qayıdaraq, alternativ yollardan istifadə etmək məcburiyyətində qalıblar.

Rayon ərazisində güclü yağış 1 saata yaxın davam edib. (Report)

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …