Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Gədəbəydə icra başçısı sahibkarın obyektinin qapısını hördürür – FOTOFAKT

Gədəbəydə icra başçısı sahibkarın obyektinin qapısını hördürür – FOTOFAKT

Gədəbəy rayonundan sahibkar Bağırov Fəxrəddin Fərəməz oğlu criminal.az saytına zəng edərək saytımız vasitəsilə Azərbaycan Respublikasının Prezidentinə, ölkənin birinci vitse-prezidentinə müraciət edib.
Müraciətdə deyilir: “Hörmətli cənab prezident, hörmətli Mehriban xanım, artıq altı ilə yaxın bir müddətdir rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun qanunsuz əməlləri ilə üz üzə qalmışam.Yediyarov icra başçısı təyin olunan ay mənə məxsus olan obyektin girişini kərpic divarla hördürdü və üzərinə plakat yapışdırdı. Sonra sizin sözləriniz yazılmış bu plakatı gecə ilə oğurladıb, şaxtalı havada obyektin qarşısına ağac əkdirdi. Ekologiya nazirinin rayona gəlişi ərəfəsində bu ağacları da çıxarıb, yerinə gül əkdirdi.
Dəfələrlə müraciət etməyimə baxmayaraq heç bir əhəmiyyəti olmayan bu divarı obyektin qarşısından sökdürmədi və rəsmi müraciətimə cavab yazdı ki, divarı özüm hördürmüsən. Sizə bildirirəm ki, foto şəkillərdən də göründüyü kimi bu divarın mənim obyektimə düşən günəş şüasının qarşısını kəsməkdən və H.Əliyev prospektinin görünüşünü pozmaqdan başqa heç bir əhəmiyyəti yoxdur. Mən bir neçə gün bundan əvvəl obyektimə işıq düşməsi üçün həmin divarın bir hissəsini sökdüm. Yediyarov isə bu gün yenidən həmin yöndəmsiz divarın tikilməsinə göstəriş verib və həmin divar yenidən hörülür. Sizdən xahiş edirəm ,Yediyarov tərəfindən mənim şəxsi mülkiyyətimə qanunsuz müdaxilənin qarşısını alınması üçün müvafiq orqanlara göstəriş verəsiniz,ona verdiyiniz səlahiyyətin şəxsi qisas vasitəsinə çevirməsinə imkan verməyəsiniz.

İcra başçısının birinci müavini Qüdrət Paşayev məsələyə münasibət bildirərkən absurd cavab verib. O, criminal.az-a bildirib ki, rayonda görülən bütün işlər inkişaf üçün edilir. Onun sözlərinə görə, F.Bağırovun obyektində görülən işlər də qərəzli deyil”.

 


Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …