Ana səhifə / Bölgələr / Beyləqanın icra başçısı Arif Alışanova görə problem yaşaya bilər… – İLGİNC

Beyləqanın icra başçısı Arif Alışanova görə problem yaşaya bilər… – İLGİNC

Dünən məlumat yayıldı ki, Hesablama Palatasının İş Planına uyğun olaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılmış vəsaitlərin istifadəsinin auditi həyata keçiriləcək. Qeyd edək ki, AzTV rəhbərliyində baş verən dəyişiklik fonunda qeyd olunan təftiş ciddi şəkildə maraq doğurmaqda və yerli media tərəfindən Arif Alışanovun maliyyə maxinasiyalarının araşdırılması kimi təqdim edilməkdədir.

DİA.AZ olaraq onu da qeyd edək ki, əslində belə bir yoxlama nəticəsində təkcə Arif Alışanovun deyil, bir çoxlarının başları ağrıya bilər. Çünki ortaya şəxacaq hər hansı maliyyə pozuntusu nəticəsində əldə olunan qazancın hansı ünvanlara yönəldilməsi də hüuqi təqibə məruz qala bilər.

Bununla bağlı DİA.AZ-a danışan mənbə bildirir ki, məsələn Arif Allışanovun Şamaxı rayonu ərazisində qalmaqallı torpaq alqı-satısı faktına qədər təftiş işləri həyata keçirilə bilər.

Mənbənin dia.az-a söylədikləri:

“Arif Alışanovun bu işi araşdırılsa, o zaman qanunsuz olaraq keçmiş AzTV sədrinə Şamaxı sakinlərinin torpaqlarını peşkəş edən sözügedən rayonun keçmiş icra başçısı Asif Ağayev də “silisə” çəkilməlidir”.

Xatırladaq ki, Şamaxının Nağaraxana və Qızmeydan kəndləri sakinlərinin çoxu təsərrüfatla məşğul ola bilmir. Çünki illər öncə dövlətin onlara verdiyi pay torpaqlarını satıblar. Torpaqların çoxunu “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri olmuş Arif Alışanov alıb. Bu işə isə hazırda Beyləqanın icra başçısı postunu tutan Asif Ağayev rəhbərlik edib.

Dia.az-a bildirilir ki, məhz buna görə, Asif Ağayev indidən əl-ayağa düşməlidir: “Əks halda “cəhənnəmə gedən özünə yoldaş axtarar” prinsipinin qurbanı ola bilər”.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …