Ana səhifə / Bölgələr / Baş həkim 30 min borcu işçilərin dərisindən qoparır – Füzulidə

Baş həkim 30 min borcu işçilərin dərisindən qoparır – Füzulidə

Füzuli rayon Mərkəzi Xəstəxanası ilin yığım siftəsini etməyə başlayıb. Anaxeber.Az-a verilən məlumata görə, Füzuli RMX elektrik enerjisi borcunun pulunu həkimlərdən və tibb bacılarından çıxarır.
Füzuli Elektrik Şəbəkəsinə nə az, nə çox 30 min manat işıq pulu borcu yığılan rayon səhiyyəsi həkimlərdən 50 manat, tibb bacılarından 20 manat tələb edir.
Yeni ilin ilk ayının maaşını hələ almayan, təzə işə çıxan tibb işçiləri öz mənzillərinin işıq pulunu ödəməmiş, rayon səhiyyəsinin elektrik borcunu bağlamaq öhdəliyi ilə üzləşiblər.
Onların sözlərinə görə, məsələ barədə Səhiyyə Nazirliyinə, Baş Prokurorluğa və Prezident Administrasiyasına şikayət etməyə hazırlaşırlar.
Sakinlər isə qeyd edirlər ki, Füzuli rayon Mərkəzi Xəstəxanası vətəndaşlara xidmət yox, dövlət büdcəsini talamaq məntəqəsinə çevrilib.
Baş həkimin başçılığı ilə dövlət tərəfindən xəstəxanaya ayrılmış tibbi ləvazimatlar müxtəlif formada satılır.
Bu tibbi yardımların bir hissəsi apteklərə paylanır və oradan faiz alınır, qalan hissəsi isə gələn xəstələrə satılır. Görünür ki, bu da işıq pulunu ödəməyə yetmir.
Xatırladaq ki, rayonun baş həkimi Soltan Əliyev olub və onun yerinə poliklinkanın baş həkimi Natiq Şükrov təyin olunub. Bu təyinat isə sakinlər tərəfindən narazılıqla qarşılanıb

Həmçinin oxuyun

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Görünəni odur ki…

Sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra mədəniyyət idarələrində və bir sıra rayonlarda …