Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Azərbaycanın hansı rayonunda Leninin heykəli uçurulmayıb?

Azərbaycanın hansı rayonunda Leninin heykəli uçurulmayıb?

“Sovetlər birliyinin dağılması ilə bütün SSRİ məkanında olduğu kimi, Azərbaycanda da Leninin heykəlləri öz funksionallığını itirdi. Amma müəyyən istisnalar da var”. Məsələn, Azərbaycanın Qəbələ rayonundakı Qəmərvan kəndində kommunist rəhbərin heykəli hələ də qalmaqdadır. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı araşdırmaçı Zaur Əliyev verib. Məlumatda qeyd olunub ki, “dahi rəhbər”in heykəlinin ətrafını ot-alax bassa da, lakin heykəl digər rayon və şəhərlərdə olduğu kimi uçurulmayıb və bu günə qədər də yerində qalır.

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …