Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Şərurun bu kəndi də gözəlləşdi-FOTO

Şərurun bu kəndi də gözəlləşdi-FOTO

Fevralın 2-də  Ərəbyengicə kəndində xidmət mərkəzi də istifadəyə verilib.

Naxcivantv.az xəbər verir ki, Ali Məclisin Sədri mərkəzin açılışını etdikdən sonra burada yaradılan şəraitlə maraqlanıb.

Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi və iki anbar yerləşir. Mərkəzdə 6 kənd sakini işlə təmin olunub. Ərzaq mağazasında ailə təsərrüfatı məhsullarından ibarət ayrıca satış bölməsi yaradılıb. Bərbər və qadın saç ustası peşə məktəbində oxuyaraq müvafiq sertifikat alıblar.

Sonra sakinlərlə görüş olub.

Ali Məclisin Sədri Ərəbyengicə kəndinin abad kəndlərin sırasına daxil olması münasibətilə  sakinləri təbrik edərək deyib: Quruculuq işlərindən sonra Ərəbyengicə müasir Azərbaycan kəndinə çevrilmişdir. Bu gün kəndlərin abadlaşması rayonların, rayonların abadlaşması isə ölkəmizin abadlaşması və inkişafı deməkdir. Kəndlərdə görülən bu işlər insanların rahatlığının təmin olunmasına hesablanıb. Uşaqlar müasir məktəbdə təhsil alacaq, dövlət qurumları lazımi şəraiti olan binada fəaliyyət göstərəcək, sakinlərə hərtərəfli xidmət göstəriləcəkdir. Bütün bunlar ölkəmizin iqtisadi inkişafının göstəricisidir. Ölkəmiz inkişaf etdikcə bu inkişafdan onun hər bir kəndinə, şəhərinə pay düşür, yaşayış məntəqələrində quruculuq, abadlıq işləri aparılır.

Ali Məclisin Sədri deyib: Ərəbyengicə muxtar respublikamızın məhsuldar torpaqlara və zəhmətkeş insanlara malik olan kəndidir. Kənddə əkinçilik, heyvandarlıq və maldarlıq inkişaf etdirilir. Bu gün kəndə dayanıqlı elektrik enerjisi və təbii qaz verilir, yaşıllıqların sahəsi artır. Suvarma suyuna olan tələbat tamamilə ödənilir. Sakinlər dövlətin yaratdığı şəraitdən səmərəli istifadə edərək təsərrüfatlarını genişləndirir, yeni evlər tikirlər, məskunlaşma artır.

Ali Məclisin Sədri bundan sonra da kəndin imkanlarında səmərəli istifadə olunacağına əminliyini bildirib, sakinlərə firavan həyat arzulayıb.

Kənd sakinləri adından minnətdarlıq edən Səfər Ramazanovdeyib: Bu gün Ərəbyengicə kənd sakinlərinin istifadəsinə abad yaşayış məntəqəsi verilir. Aparılan quruculuq işlərindən sonra kəndimiz qəsəbə görkəmi alıb. Yollarımız abadlaşıb, asfalt örtüyü salınıb. Yeni məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası və xidmət mərkəzi kəndimizin simasını tanınmaz dərəcədə dəyişib. Dayanıqlı elektrik və qaz təminatı, rabitə xidməti, sürətli internetə çıxış imkanları insanları qayğılardan azad edib. Ərəbyengicə kəndində sakinlərin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənd camaatı zəhmətkeş, torpağa bağlı insanlardır. Suyumuz bol, torpaqlarımız məhsuldardır. İstehsal etdiyimiz məhsulları yarmarkalarda rahat satırıq. Bir sözlə, kəndin bütün sosial problemləri öz həllini tapıb. Heç bir çətinliyimiz yoxdur. Bir məsələni də qeyd edim ki, quruculuq, abadlıq, inkişaf muxtar respublikanın hər bir yaşayış məntəqəsini əhatə edib. Naxçıvana gələn qonaqlar şəhərlərimizin, kəndlərimizin inkişafını görəndə öz təəccüblərini gizlədə bilmirlər. Bu isə bizi daha çox sevindirir, qurub yaratmaq əzmimizi artırır. Söz veririk ki, bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edəcək, qurulanları qoruyub saxlayacağıq.

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …