Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Bölgələr / XIZININ İCRA BAŞÇISININ ALİ TƏHSİLİ YOXDUR? – AÇIQLAMA

XIZININ İCRA BAŞÇISININ ALİ TƏHSİLİ YOXDUR? – AÇIQLAMA

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun ali təhsilinin olmaması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

A24.az xəbər verir ki, icra başçısının heç bir təhsilə yiyələnmədiyi barədə yayılan məlumatlar isə müzakirə mövzusuna çevrilib.

Belə ki, icra başçısı Xəzər Aslanovun “vikipediya”da və icra hakimiyyətinin rəsmi saytında haqqında yazılan məlumatlara baxış keçirərkən onun təhsili barədə heç bir informasiyanın yerləşdirilmədiyi məlum olub. Bundan sonra başçının təhsilsiz olması barədə iddialar daha geniş yayılmağa başlayıb.

Məsələ ilə bağlı Xızı Rayon İcra Hakimiyyətinin başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Əzizov A24.az-a açıqlamasında bildirib ki, X.Aslanovun təhsilsiz olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Ali təhsilsiz, nəinki icra başçısı, hətta icra nümayəndəsi də təyin etmək mümkün deyil. X.Aslanov Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) politologiya ixtisasını bitirib. Neçənci illərdə tələbə olduğunu bilmirəm. Sıradan bir icra nümayəndəsi və digər vəzifəli şəxsin ali təhsilinin olması vacibdirsə, icra başçısının ali təhsilli olmasının vacibliyinə söz ola bilməz. Bunu bilməyə cüzi dünyagörüşü lazımdır”.

A.Əzizov icra başçısının tərcümeyi-halının yenilənmiş formada tezliklə “vikipediya”da və qurumun saytında yerləşdiriləcəyini də qeyd edib.

Qeyd edək ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin ikinci müddəasına əsasən, yerli icra hakimiyyətinin başçısı təyin edilən şəxsin ali təhsilli olması zəruridir.

A24.az

 

VIPedu.BIZ

Həmçinin oxuyun

100-dən çox sürücü saxlanılıb – VİDEO

Dövlət Yol Polisinin (DYP) əməkdaşları Mingəçevirdə reyd keçirib. Ötən gün səhər saatlarından axşamadək davam edən …