Cümə , Fevral 22 2019
Ana səhifə / Bölgələr / Qazaxda kütləvi zəhərlənmə olub

Qazaxda kütləvi zəhərlənmə olub

Qazax rayonunda kütləvi qida zəhərlənməsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Qazax şəhər sakinləri, 1950-ci il təvəllüdlü Faiq Kərim oğlu Xudiyev, 1993-cü il təvəllüdlü Elmira Maksim qızı Xudiyeva, 1991-ci il təvəllüdlü Vusal Faiq oğlu Xudiyev və 1957-ci il təvəllüdlü Almaz Həmid qızı Yusifova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Zəhərlənənlərin bir ailənin üzvləri olduğu bildirilir və onların doğum günü tortundan zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Tərtərin Borsunlu kəndinə aparan bərbad yollar: ŞİKAYƏT

Borsunlu kəndi Tərtər rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşir. Bu ucqar kənd yaşayış …