Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Bölgələr / Partlayış qurbanlarının sayı artır – VİDEO

Partlayış qurbanlarının sayı artır – VİDEO

Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş partlayış və uçqun nəticəsində həlak olanların sayı artır. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dağıntılar arasından daha 2 meyit çıxarılıb. Onlardan biri kişi, digəri qadındır.

Bununla həlak olanların sayı 3-ə çatıbş Daha bir nəfər isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Qurbanlarının sayının artacağı istisna edilmir.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində qəza baş vermiş əraziyə gəlib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gedib. Fövqəladə Hallar Naziriliyi xəbər verir ki, nazir Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.​

Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var.

(Sputnik)
VIPedu.BIZ

Həmçinin oxuyun

100-dən çox sürücü saxlanılıb – VİDEO

Dövlət Yol Polisinin (DYP) əməkdaşları Mingəçevirdə reyd keçirib. Ötən gün səhər saatlarından axşamadək davam edən …